İsveçdə əcnəbi hərbçilərin iştirakı ilə iri hərbi təlimlər başlanır

 

İsveç Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu gün krallıq ərazisində son 20 ildə ən irimiqyaslı hərbi təlimlər olan “Aurora 2017” başlanır.

Təlimlərin eyni vaxtda ölkənin hərbi-dəniz, quru və hərbi-hava qüvvələrindən istifadə edilməsi ilə şərtlənən özünəməxsusluğu qeyd edilir. Həmçinin mülki təşkilat və şəxslərin, təxminən 20 min İsveç hərbçisinin iştirak edəcəyi hərbi manevrlərin miqyası vurğulanır.

Bu təlimlərin digər fərqli cəhəti onların iştirakçı heyətindədir. Belə ki, ABŞ, Fransa, Norveç, Finlandiya, Danimarka, Litva və Estoniyanın silahlı qüvvələrindən 1500 əsgər də təlimlərdə iştirak edəcək. Onların iştirakı ilə birgə məşqlər olacaq. Sentyabrın 29-dək davam edəcək təlimlər Hotland adası, Heteborq şəhəri, habelə krallığın paytaxtı və onun ətrafında keçiriləcək. Əsas ssenari düşmənin yaxşı təşkil edilmiş hücumuna qarşı əks-həmlə olacaq. 

Qeyd edək ki, son illər İsveç öz hərbi qüvvələrini gücləndirir. Məsələn, son vaxtlar hökumət və parlament ölkənin hərbi idarəsinə onun müdafiə qabiliyyətini artırmaq məqsədilə əlavə büdcə vəsaiti ayrılması barədə razılığa gəlib.

Xudaferin.eu
“Avropa Bürosu”

13:39