İsveç Azərbaycan Federasiyasının tutuqlu güneyli fəallar ilə bağlı müraciəti

AFİ İsveç Azərbaycan Federasiyası Güney Azərbaycanda fars rejiminin Türk millətinə  qarşı basqıları və təziqləri haqda və eləcədə fars rejiminin zindanlarında  haqsız tutuqlu olan güneyli fəallar ilə bağlı İsveç Xarici İşlər Nazirinə ,Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə ,Birləşmiş Millətlər İnsan Haqları Ali Komissarlığına  və Avropa Şurası İnsan Haqları Komissarlığına müraciət edib. 

Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə
Birləşmiş Millətlər İnsan Haqları Ali Komissarlığına
Avropa Şurası İnsan Haqları Komissarlığına
İsveç Xarici İşlər Nazirinə

Dəyərli xanımlar və bəylər!
Güney Azərbaycan Türkü, insan haqları müdafiəçisi və çevrə qoruma fəalı Mürtəza Muradpur İran İslam Respublikasının zindanında artıq 61-ci gündür ki, aclıq aksiyası keçirir. Şübhəsiz, uluslararası insan haqları qurumları, demokratik bəşəriyyət onun məsələsinə ciddi və təsirli bir şəkildə müdaxilə etməzsə, 29 yaşlı bu gənci ölümdən qurtarmaq mümkün olmayacaqr. Onu da bildiririk ki, Mürtəza Muradpur Güney Azərbaycan Türklərinin ən sadə milli haqları (zorakı assimilyasiyaya uğradılmamaq, öz ana dillərində yazıb-oxumaq, uşaqlara öz ana dillərində ad vermək, Azərbaycandakı çevrə sorunları v.b.) uğrunda apardığı mübarizəyə görə dəfələrlə İran İslam rejiminin təqib və təzyiqlərinə məruz qalmışdır. Mürtəza Muradpur son dəfə Azərbaycandakı Urmu gölünün qurudulmasına görə İran İslam rejimi tərəfindən qurudulmasına qarşı etiraz aksiyasında iştirak etdiyi üçün həbs olunmuş və ona iki maddə üzrə – rejimə  qarşı təbliğat ittihamı ilə bir il, milli təhlükəsizliyə qarşı fəaliyyət ittihamı ilə iki il, toplam üç il həbs cəzası verilib. İran Cinayət Məcəlləsinin 134-cü maddəsinə görə, iki maddə üzrə ittiham olunmuş bir şəxs daha uzun həbs müddətini çəkdikdən sonra azad edilə bilər. Mürtəza Muradpur da iki il həbs cəzası çəkdikdən sonra məhz bu 134-cü maddə əsasında azad olunması üçün hakimiyyət orqanlarına müraciət etmiş və heç bir cavab almayınca, aclıq aksiyasına başlamışdır. Ailəsi, dostları, onu dəstəkləyən çox sayda insanlar və ayrı-ayrı qurumlar aclıq aksiyasını dayandırması üçün dəfələrlə ona müraciət etsələr də, Mürtəza Muradpur açıqca bildirmişdir ki, haqlı olduğum üçün ya azad edilməliyəm, ya da bu zindandan mənim ölüm çıxacaq.
Dəyərli xanımlar və bəylər! İndi öz haqq sözü üstündə duran 29 yaşlı bu mübariz gənc 61-ci gündür aclıq aksiyası keçirir və aldığımız, ancaq tam dəqiqləşdirə bilmədiyimiz bir məlumata görə, artıq Mürtəza Muradpur koma durumundadır. Sizlərdən xahiş edirik ki, təcili bu olaya müdaxilə edə və çevrə qoruma, insan haqlarını müdafiə etmə uğrunda apardığı mübarizəyə görə həbsə atılmış bu siyasi dustağın – Mürtəza Muradpurun həyatını qurtarmağa yardım göstərəsiniz.          
Sayğılarımızla: İsveç Azərbaycan Federasiyası – AFİ

Xudaferin.eu
İsveç, “Stohkolm Bürosu”

12:42