İstanbuldakı “Türk Dünyası” Kültür Mərkəzində təntənəli Novruz törəni

 

İstanbul valiliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin (TMTN) bu vilayət üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz mərasimi təşkil olunub.

 

“Türk Dünyası” Kültür Mərkəzində keçirilən bayram şənliyində rəsmi şəxslər, deputatlar, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər. Şənlikdə Novruz tonqalı yandırılıb, Türkiyənin dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. TMTN-in İstanbul vilayəti üzrə təmsilçilyinin rəhbəri Coşkun Yılmaz mərasimin rəsmi açılışında çıxış edib.

Rəngarəng konsert proqramından sonra İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş və digər rəsmi şəxslər “Türk Dünyası” Kültür Mərkəzində yerləşən Azərbaycan Evini ziyarət ediblər. Burada Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev ziyarətçiləri salamlayıb. Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını səmimiyyətlə təbrik edən Türkiyə rəsmiləri xalqımıza və ölkəmizə olan qardaşlıq münasibətlərini xoş sözlərlə ifadə ediblər.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu”

11:04