İstanbulda turizmin problemləri forumu

Dünya turizmini istiqamətləndirənləri bir araya gətirən “World Tourism Forum Global Meeting”in növbəti tədbiri 16-18 fevral tarixlərində İstanbulda keçiriləcək. Builki konsepsiyası “Maneə olaraq sərhədlər:Poblemsiz və etibarlı Səyahət” olaraq müəyyən edilən və üçüncü dəfədir keçirilən forumda dünya turizm sektoru müzakirəyə çıxarılacaq. Qlobal səviyyədə keçiriləcək forumda dünya turizmini istipamətləndirən şirkətlərin idarəciləri, sektorun sərmayədarları, dövlət idarələri, akadəmiklər, texnologiya mütəxəssisləri, siyasi xadimlər, qeyri-hökumət təşkilatları ilə Türkiyə və dünya turizm avtoritetlərinin aralarında olduğu 20 ölkədən 150-yə yaxın beynəlxalq məruzəçi iştirak edəcək. Zirvədəki natiqlər arasında, “Facebook Spokepersonı Zuckerberg Media”nın banisi Randi Zuckerberg, İngiltərənin sabiq xarici işlər naziri, “International Rescue Committee”nin (IRC) həm başçısı həm də İdarə heyəti başçısı David Miliband, İngiltərənin keçmiş baş naziri Toni Bleyerin vəzifə müddətində daxili işlər və xarici işlər naziri olan Jack Straw, “Yandex”in yüksək səviyyəli idarəçisi Arkadiy Voloj, turizm təqdimat ofisi Visit Stockholmun idarəçisi Thomas Anderson və UNWTO xüsusi səfiri və keçmiş “World Travel & Tourism Council”in idarə heyəti başçısı Doktor Michael Frenzel yer tutur.

İstanbul Konqres Mərkəzində baş tutacaq forumdan əvvəl Türkiyədə ilk dəfə “World Tourism Forum və Nielsen” tərəfindən aparılan “Tourism 100” adlı araşdırma ilə dünyanın ən böyük 100 turizm şirkəti gəlir səviyyəsinə görə müəyyənləşdiriləcək. Turizm sektorunun ən yaxşılarının açıqlanacağı hesabatda hava yolu şirkətləri, online və offline səyahət agentlikləri, otellər yer alacaq.

Xudaferin.eu
Türkiyə, “İstanbul Bürosu

09:36