İstanbulda tarixi görüş

Bu gün İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya prezidentlərinin iştirakı ilə dördtərəfli Suriya zirvəsi başlayıb.

Xudaferin.eu Türkiyə KİV-ə istinadən xəbər verir ki, sammiti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıb. 

“Bütün dünyanın gözü bu toplantıdadır. Bizdən gözləntiləri doğruldacağımıza inanıram”, - o bildirib. 

Bundan əvvəl isə, Ərdoğan Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə təkbətək görüş keçirib. 

Xudaferin.eu

10:37