İstanbulda gecə klubuna silahlı basqın - 39 ölü, 69 yaralı - VİDEO

İstanbulda gecə klubuna silahlı basqın zamanı ölənlərin sayı 39, yaralananların sayı isə 69 nəfərə çatıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

10:21

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ isə terror aktı nəticəsində 39 nəfərin öldüyünü, xəstəxanalarda hazırda 65 yaralının olduğunu açıqlayıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır. 

07:30

İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina" gecə klubuna silahlı hücum edilib. 

Xudaferin.eu xəbər verir ki, naməlum silahlı  şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən "Reina" gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Xeyli sayda ölü və yaralı var.

XUDAFERİN.eu

20:47