İstanbulda çökmüş binanın dağıntıları altından səslər eşidilir

Türkiyənin ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı naziri Murat Kurum Kartal bölgəsində çökmüş bina ilə bağlı açıqlama verib.

Xudaferin.eu xəbər verir ki, nazir dağıntılar altından səslərin eşidildiyi bildirib. Əraziyə baxış keçirilib. Təəssüf ki, burada layihədən kənar, qeyri-qanuni tikilmiş binalar var. Layihə üzrə beşmərtəbəli evlərin tikilməsi nəzərdə tutulan yerlərdə 9, 10 mərtəbəli binalara rast gəlmək mümkündür. Riskli olduğu düşünülən ərazi və binalarda lazimi tədbirlər görüləcək.

Qeyd edək ki, hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Son olaraq binanın dağıntıları altından 5 yaşlı Havva Tekgöz çıxardılıb.

Xudaferin.eu

17:27