İsraildə Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub
İsrailin Xadera şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilən bayram konserti olub. Konsert İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) Or-Akiva şəhərində yerləşən şöbəsinin rəhbəri Lev Xaimov tərəfindən hazırlanıb.
Xüsusi olaraq bayram tədbirində iştirak etmək üçün Azərbaycanın populyar müğənniləri – Pərviz Bülbülə, Elvin Babazadə və Ülviyyə Babayeva İsrailə gəliblər. Müğənniləri İsrailin ən yaxşı musiqiçiləri – vaxtilə Azərbaycanda yaşamış klarnet ifaçısı Vüqar Sultanov, gitaraçalan Rafiq Əsədov, klavişdə Emin Azəri, qarmonda Vahid Quliyev müşayiət ediblər.
“Azİz”in direktorlar şurasının üzvü Şaul Siman-Tov tədbirin sonunda deyib: “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bayramında iştirak etmək istəyənlərin hamısı zala sığmasa da, konsertin canlı yayımını 5 minədək tamaşaçı izləyib”. İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi tədbirin təşkilinə böyük dəstək göstərib.

Xudaferin.eu
"Orta Doğu Bürosu"
10:22
Digər xəbərlər