İsrail-Livan sərhədində nəhəng divar tikilir

İsrail-Livan sərhədində tikilən beton divarı ilk dəfə jurnalistlərə nümayiş olunub. 

Xudaferin.eu İsrail mətbuatına istinadən xəbər verir ki, media nümayəndələrinə divarın ilk 11 kilometrlik hissəsi göstərilib.

Divarın hündürlüyü 9 metrdir. 

İsrail Müdafiə Nazirliyi gələcəkdə bu beton səddini bütün sərhəd boyu inşa etməyi planlaşdırır. 

Divarın tikilməsinin məqsədi sərhədyanı qəsəbələrdə yaşayan insanları “Hizbullah”ın hücumlarından qorumaqdır.

Xudaferin.eu

16:13