İsrail İran mollakratiya rejiminin Suriyadakı diktator rejiminə göndərdiyi silahlara zərbə endirdi

Suriyanın başkəndi Dəməşq Havalimanında hava zərbələri sonucu olaraq dəhşətli partlayış baş verib.

“Əl-Meydan” kanalının verdiyi açıqlamaya görə, Suriyanın başkəndi Dəməşqin 25 km-də yerləşən havalimanında güclü partlayış baş verib. Hətta partlayşın gücünün səsi Dəməşqdə belə duyulub. Partlayışdan sonra havalimanı və onun çevrəsində yanğın başlayıb. Liviyanın “Əl-Manar” kanalı havalimanında yanacaq anbarının alışdığını xəbər verib. “Əl-Manar” kanalı hətta bu olayla ilgili canlı görüntülər yayınlayıb.  

Kanalın iddiasına görə, partlayışın səbəbi İsrailin endirdiyi hava zərbəsidir. Suriya və İsrail olayla ilgili hələlik rəsmi açıqlama verməyib. “Röyter” İnformasiya Agentliyi isə bu zərbəni İsrailin endirdiyini dəqiqləşdirib. Bildirilir ki, Dəməşq havalimanındakı İranın göndərdiyi və “Hizbullah”a məxsus silah anbarı İsrailin hava zərbəsi ilə məhv edilib.

Bundan əlavə İsrail hərbçiləri ölkənin hava məkanını pozan bir pilotsuz təyyarəni vurub. Pilotsuz təyyarənin Suriya ərazisindən İsrail hava məkanına daxil olduğu bildirilir. Təyyarə Qolan yüksəklikləri üzərində “Patriot” tipli raketlə vurulub. Aprelin 27-də İsrail Dəməşq hava limanını bombalayıb. Aeroportda yerləşən Hizbullaha aid bazada İranın göndərdiyi silah-sursatın məhv edildiyi bildirilir.İsrail İranın yenidən silah göndərəcəyi təqdirdə yenə də əməliyatın təkrarlanacağını açıqlayıb.
Qeyd edək ki, İran mollakratiya rejiminin birbaşa nəzarətində olmaqla Suriyada radikal terror qrupu kimi tanınan 50 min nəfərdən çox “Hezbollah”çı qüvvələr bu ölkədə savaş aparır. Bu faktın özü indi bütün dünyada sirr deyil. Suriyada vətəndaş savaşının 2013-cü ildən bu yana idarəolunan bir düzəndə davam etməsinin də səbəbi İran mollakratiya rejimidir. Tehran rejimi bütün mümkün vasitələrlə Suriya diktatoru Bəşər Əsəd rejimini qorumağa çalışır.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

06:55