İspaniyanın paytaxtında azərbaycanlı gənc musiqiçilərin konserti olub

 

Madriddə azərbaycanlı gənc pianoçuların təqdimatında klassik musiqi gecəsi təşkil olunub.

İspaniyanın “Alfonso X El Sabio” universitetinin musiqi bölməsinin magistrantı Günay Ağalarova və Estoniyanın “EESTİ Muusika-ja teatriakadeemia” akademiyasının tələbəsi Aysel Əliyeva “Alfonso X El-Sabio” universitetinin səhnəsində klassik dünya musiqilərindən nümunələr səsləndiriblər. Musiqiçilər, həmçinin Azərbaycan bəstəkarı Cövdət Hacıyevin “Ballada”sını da ifa ediblər. Konsertdə Azərbaycanın İspaniyadakı səfirliyinin nümayəndələri də iştirak ediblər.

Xudaferin.eu
“Avropa Bürosu”

11:00