İspaniyanın Baş naziri Kataloniyada keçirilən seçkilərlə bağlı açıqlama verib

 

İspaniyanın Kataloniya vilayətində qeyri-qanuni referendum keçirilib. Bununla bağlı İspaniya hökumətinin başçısı Mariano Raxoy açıqlama verib. O Kataloniyadakı seçkilərin baş tutmayacağı barədə dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan yerli hökuməti baş verən qalmaqallarda günahlandırıb.

 

“Heç nəyə baxmadan biz qapılarımızı bağlamayacağıq, ümid edirik ki, problem danışıqlar yolu ilə həll olunacaq. Mən insanları təxribatlara uymamağa dəvət edirəm. Çox sevinirik ki, insanların əksəriyyəti separatizm ideyasını dəstəkləmir. Mənim hökumət rəhbəri kimi əsas vəzifəm xalqımın rifahını, əmin-amanlığını, demokratik prinsiplər və qanun çərçivəsində İspaniyanın ərazi bütövlüyünü qorumaqdır”,- deyə Baş nazir bildirib.

 

İspaniya hökuməti Kataloniya rəhbərliyini məsuliyyətsizliyə son qoymağa çağırıb

 

İspaniya baş nazirinin müavini Sorayya Saenz de Santamariya oktyabrın birində Kataloniyada baş verənlərlə bağlı açıqlama verib. Brifinqdə çıxış edən hökumət rəsmisi deyib: “Bu gün Kataloniyada baş verənlər referendum deyil, heç buna oxşar bir şey də deyil! Biz Kataloniya vilayətinin rəhbərliyini məsuliyyətsizliyə son qoymağa çağırırıq. Bu yaxşı heç nə vəd etmir”.

İspaniyanın Baş naziri Mariano Raxoy isə bu gün ölkənin əsas müxalifət liderləri PSOE-nin baş katibi Pedro Sançes və Ciudadanos partiyasının sədri Albert Rivyera ilə görüşərək Kataloniya problemini müzakirə edib. Hökumət Kataloniyanın ölkədən ayrılmasının qarşısını almaq üçün atılacaq hüquqi addımlarda bütün siyasi qüvvələrin birliyinə nail olmağa çalışır. İspaniya hökumətinin qanunsuz elan etdiyi referendumun gedişində polislə qaşıdırmalarda 337 nəfərin yaralandığı bildirilir. Asayiş keşişçiləri arasında da xəsarət alanlar var.

Xudaferin.eu
“Avropa Bürosu”

09:29