İspaniyalı dinləyicilər Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə məlumatlandırılıb

İspaniyanın “COPE Espana” radiosu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müsahibəsini yayıb.

Komitədən  ​Xudaferin.eu AZƏRTAC-a  istinadən bildiriblər ki, müsahibədə Azərbaycan diaspor sisteminin yaradılma mexanizminə aydınlıq gətirilib, dünyanın 50-dən çox ölkəsində yaşayan və fəaliyyət göstərən soydaşlarımız, diaspor təşkilatları, Koordinasiya şuraları, Azərbaycan evləri, diaspor gənclərinin Yay düşərgələri, Azərbaycan Diasporuna Dəstək Fondunun təsis olunması barədə ətraflı məlumat verilib.

COVID-19 pandemiyası, Ermənistanın Tovuz təxribatları və ölkəmizin Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə suallar komitə sədri tərəfindən ətraflı cavablandırılıb.

Xudaferin.eu

12:51