İspaniya Avropa İttifaqının yaradılmasının ildönümü şərəfinə gümüş pul buraxıb

 

İspaniya Zərbxanası Maastrixt müqaviləsinin imzalanmasının ildönümü ilə əlaqədar nominal dəyəri 30 avro olan gümüş pul dövriyyəyə buraxıb. Müqavilə 1992-ci ildə Hollandiyanın Maastrixt şəhərində imzalanıb.

 

Pulun reversində mürəkkəb qələm və bayraq, Avropa İttifaqının rəmzi olan 12 ulduz (müqavilə bağlayan ilk 12 üzv-dövlət), eyni zamanda, İspaniya Zərbxanasının loqosu təsvir edilib. Avers hissəsində isə İspaniya kralı VI Filipp və xanımı Kraliça Letiziyanın təsvirləri yer alıb. Pul 1 milyon ədəd tirajla buraxılıb. Diametri 33 millimetr olan pulun çəkisi 18 qramdır və 925 əyarlı gümüşdən zərb olunub.

Xudaferin.eu
“Avropa Bürosu”

10:49