İŞİD yaraqlıları əməllərinin əvəzini alırlar

İraqın Mərkəzi Cinayət məhkəməsi İŞİD terror qruplaşmasının 5 üzvünə edam hökmü çıxarıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə İraqın Ali Məhkəmə Şurasının nümayəndəsi Əbdül Səttar Birqədər bildirib.

O qeyd edib ki, sözügedən cinayətkarlar qruplaşmanın bir neçə bölməsində fəaliyyət göstəriblər:

“Onlar barəsində Terrorçuluqla Mübarizə haqqında Qanunun 4/1 maddəsinə uyğun olaraq qərar verilib”, - Birqədər deyib.

O əlavə edib ki, terrorçular hökumət qüvvələrinə qarşı Neynava və Ənbarda döyüşüblər.

Xudaferin.eu

06:08