İŞİD terrorçuları 40 dinc sakini edam etdilər

“İslam dövləti” təşkilatının terrorçuları şənbə günü Suriyanın Əl-Bab şəhərində 40 dinc sakini edam ediblər.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə TASS agentliyi “Əl-Mayadin” telestansiyasına istinadən məlumat yayıb.

Suriya hökümət qüvvələrindəki mənbə bildirib ki, İŞİD yaraqlıları dinc vətəndaşlardan “canlı qalxan” kimi istifadə edirlər.

Qeyd olunur ki, Suriya ordusu Hələbdən 36 kilometr şimal-şərqdə yerləşən Əl-Bab şəhərinin terrorçulardan azad edilməsi üçün əməliyyatlara başlayıb.
 

18:10