İŞİD Misirdə kilsələrdə terror aktlarına görə məsuliyyəti üzərinə götürüb

 

 

Misirdə kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

 

Bu barədə “Anba Masr” portalı İŞİD terror təşkilatının bəyanatına istinadən məlumat yayıb. Son məlumatlara əsasən Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 11 nəfər ölüb.

Qeyd edək ki, İŞID-a bağlı silahlı terror qruplaşmalarının Misirdə peyda olmasının səbəblərindən biri də bu ölkənin ikiyə parçalanması, paytaxt Qahirə olmaqla Misir Ərəb Respublikası və paytaxt İsgəndəriyyə (Aleksandropol) olmaqla Koopt Xristian Dövlətinin yaradılması ideyasına xidmət edir. 80 milyonluq Misir əhalisnin 15 milyona yaxını xristian dininə etiqad edir. Onlar ərəb mənşəli sayılsalar da, özlərini heç bir zaman islam dininin tərəfdarı hesab etməmişlər. Bununla yanaşı, Misirdə islam radikalizminin sürətli inkişafı da ölkədə vətəndaş həmrəyliyi üçün böyük təhlükə qaynağı hesab olunur.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

05:25