İŞİD lideri: "...Baş kəsmək bir zövqdür"

Terror təşkilatı İŞİD-in liderlərindən Rəşid Kasım (Rachid Kassim) ilk müsahibəsini verib. Kasım ən çox darıxdığı şeyin Fransadan Suriyaya gedərkən keçdiyi Türkiyənin Qaziantep şəhərindən qoyduğu pişiyi olduğu deyib. Rəşid Kasım Vaşinqtonda yaşayan Amarnat Amarasinqam ilə danışıb. Cihad mütəxəssisi akademik Amarasinqam ilə söhbətləşən 29 yaşlı Kasım dünya üzrə axtarışda olan adamlardan biridir.

"Daily Mirror" qəzeti Amarasinqamın Kasıma "Baş kəsərkən nə hiss edirsiniz?" sualına yönəltdiyini yazıb. Kasımın cavabı isə, "Bir heyvanın başını kəsmək çətindir. Amma Allaha düşmən olan birinin başını kəsmək bir zövqdür" - deyə bildirib. Kasım terror təşkilatının Fransada hücum təşkil etməyə davam edəcəyini də vurğulayıb.

Xudaferin.eu

16:15