İŞİD komandanlığı “paytaxt”ı tərk etməyə başladı

 

İŞİD terror təşkilatının komandanlığı Suriyanın Rakka şəhərini tərk edir
 

Bu xəbəri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi, kapitan Ceff Devisə istinadən “Reuters” agentliyi bildirib. Devis deyib ki,“İŞİD-in komandirləri və məmurları Rakkanı tərk etməyə başladılar. Onlar öz hərbi əməliyyatlarını Fərat çayının aşağı hissəsinə keçirir. Beləliklə, onlar bu faktı qəbul etdilər ki, Rakkadakı varlıqları sona yaxınlaşır”.

Ancaq hərbiçi nə qədər İŞİD-çinin şəhəri tərk etdiyini və onların terror təşkilatında hansı vəzifələr tutduğunu dəqiqləşdirməyib.

Xatırladaq ki, Suriyada İŞİD-ın de-fakto paytaxtı sayılan Rakka şəhəri dünən Rusiya hərbi aviasiyası tərəfindən bombalanıb. İŞİD-in Rakka şəhərindən geri çəkilməsi və ona bağlı olan nizami qüvvələrin dağıdılması bölgədə yaşayan yerli Türkman əhalisi üçün çox önəmli bir prosesin başlanılması deməkdir. Bu, həm də Türkiyəni daim təhdid edən terrorizm yuvasının darmadağın olunması, bölgənin neft kəmərlərinin istifadəsində yerli təhlükəsizliyinin təminatı hesab olunur.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

08:45