İŞID-I Batı yaratdı

Bu mövzuda şok etiraflar gündəmə gəldi

İlk dəfə olaraq bu yöndə amerikalı politoloq Aleksandr Azaadqan İŞİD-in yaranmasını şərh edərkən deyib. Onun sözlərinə görə, indi baş verən hadisələrin təməli 2011-2012-ci illərdə qoyulub: “Mərakeşdən Pakistana qədər uzanan böyük bir coğrafiyada xeyli gənc toplum var. Burada artım Avropanı xeyli üstələyir. Yüksək işsizlik faizləri və İŞİD radikallığına nəzər yetirsək, İtaliyadan sığınacaq tələbi rədd edilən, həbsdə yatan, Almaniyada silah qaçıran, narkotik qaçaqçısı, killer və sonda İŞİD üzvü olan Anis Amri (Berlin hücumunu törətməkdə şübhəli bilinən şəxs) kimi manyaklar qarşınıza çıxır. Onu da qeyd edim ki, “Ərəb baharı”ndan öncə Tunisdə inkişaf etmiş sekulyarizm ölkədəki sələfi hərəkatını boğdu. Hedonist dini inanclar mövcud idi.

“İraqdakı İŞİD terrorçularının arxasında xarici dövlətlər dayanır”

Bu barədə müsahibəsində İraqın Xarici İşlər naziri İbrahim əl Cəfəri söyləyib. “İŞİD bir dövlətin əlində olacaq bütün imkanlara sahibdir. Onlar böyük maliyyə dəstəyi sayəsində vuruşurlar. Bu, adi dəstək deyil, bu, hökumət dəstəyidir”, – nazir bildirib.
İŞİD-çilər deyir ki, “Öl, qəhrəman ol, cənnətə get və 72 huri ilə əbədi yaşa”. Bu, Tunis üçün ideal plandır. Ölkə gəlirin böyük bir hissəsini turzmdən götürür. İndi isə bu sahədə geriləmə var. Eyni zamanda varlı daha da varlanır, kasıb bir az da yoxsullaşır. Bu, tamamilə sinif qarşıdurmasına uyğun bir ssenaridir. Baş verən hadisələr Batı üçün təəccüblü olmamalıdır, çünki bunu biz yaratdıq: “Ərəb baharı” Barak Obamanın, Hillari Klintonun və onların ustadı Corc Soros kimi neoliberal dəlilərin uydurması idi. İndi baş verənləri 2011-2012-ci illərdə görməliydik”.

Xudaferin.eu

13:36