İŞİD-din qanlı izləri: Mosulda kütləvi məzarlıq, körpə meyitləri tapıldı

 

İraqın Mosul şəhərindən bəşəriyyət tarixinə və vicdanına ləkə olan fotoşəkillər çəkilib. İŞİD-dən xilas edilən bölgə qazılıb, torpaqdan iki düjünə qədər cəsəd çıxarılıb. Örtüklərə sarılan cəsədləri görən insanlar ürəkağrısından ayaq üstə dura bilməyib dizləri üstə çöküblər. Məzarların birindən tamamilə qapqara olmuş balaca qızın nəşi tapılıb.

İraqın ikinci ən böyük şəhəri olan Mosulu İŞİD terror təşkilatından təmizləmək üçün başladılan əməliyyatın bu gün beşinci ayı tamam olur. Şəhəri iki yerə bölən Dəclə şəhərinin qərbindəki məhəllələrdə irəliləyən ordu dəstələri terrorçulardan geridə qalan kütləvi məzarlıq aşkar edib. İŞİD-dən son dövrlərdə xilas edilən ərazidəki kütləvi məzarlıqda iki düjünə qədər cəsəd tapılıb. Torpaqlardan çıxarılan cəsədlərin əksəriyyəti uşaqlardır. Amerikanın “Assoşieyted Press” agentliyinin fotomüxbiri Kristian Stephenin çəkdikləri şəkillərdə yataq örtüklərinə bükülmüş cəsədlər görünür. Örtüyü qaldırıb içərisindəki uşağı görən iraqlı polis dözə bilməyib yerə çökür və əlləri ilə başını tutur.

 

Xəlifəlik elan edilən məscidə ilk dəfə bu qədər yaxınlaşıblar

Ordu birlikləri İŞİD lideri Əbunbəkir əl Bağdadinin 2014-cü ildə xəlifəlik elan elədiyi Əl Nuri məscidinə çox yaxınlaşıb. Məscidin şəkilləri uzun müddət sonra ilk dəfə soaial mediada paylaşılıb.

 

Liderləri isə qaçıb

Oktyabın 17-də Mosulu qutarmaq üçün böyük əməliyyata başlayan İraq ordu birlikləri yanvar ayında Dəclə çayının şərqindəki bütün məhəllələri terrorçulardan təmizləyib. Fevral ayının ortalarında isə qərb sahildəki rayonların üçdə birindən artığını İŞİD-dən alıb. Terror təşkilatının lideri Əbubəkr əl Bağdadi ötən həftə Mosuldan qaçıb və ələ keçməmək üçün gizlənməyə çalışır. ABŞ-ın təmsilçişi Makqurk koalisiya hava hüvumları nəticəsində İŞİD liderlərindən 180 nəfərin öldüyü məlumatını da paylaşıb.

 

Qərb sahildəki həmlələr

 

Mosulda martın 2-ci həftəsində hökumət binalarının azad edilməsi əməliyyatda dönüş nöqtəsi təşkil edir. Terror təşkilatı həyatı əhəmiyyət kəsb edən Mosul beynəlxalq aeroportunu və “Əl Gizlani” hərbi bazasını da əməliyyatın ilk günlərində itirmişdi. Mosulun mərkəzində üç minə qədər İŞİD terrorçusunun olduğu təxmin edilir.

 

İŞİD torpaqlarının üçdə ikisini itirib
 

Mosul, İŞİD-in əlində olan ən böyük şəhərdir. Terror təşkilatı hazırda Rakka şəhərində də mühasirədədir. Təşkilatın qərbdəki ən böyük mərkəzi Əl Bab isə Türkiyə dövlətinin “Fərat qalxanı” əməliyyatı ilə 23 fevral tarixində geri alınıb. Ötən il İraqda Fəlluce, Liviyada Sirt kimi şəhərlərdən qovulan qanlı təşkilatın, Mosuldan sonrakı son dayanacağı Rakkadır. Mosulun İŞİD tərəfindən tutulmasından bu günə qədər müddət ərzində şəhəri on minlərlə sakin tərk edib. İŞİD öz üzərinə düşən demoqrafik təmizləmə missiyasını yerinə yetirmək üçün soyqırımı etməkdən də çəkinməyib. Dünyaya göz dağı verən bu şəkillərdən sonra hadisənin əsas səbəblərini təsəvvür etmək üçün (türklər demişkən yap-pozun parçalarını birləşdirmək üçün) saytımızda dərc olunan aşağıdakı yazıları oxuduqda, mənzərənin dəhşəti ilə bərabər problemin kökləri də insanın təsəvvüründə canlanır.

Hurriyet.org 

09:21