İrəvanda mitinq zamanı Serj Sarkisyan rejiminin istefası tələb edildi

 

Ermənistanda 2008-ci ilin martında baş vermiş qanlı iğtişaşların səbəbkarları hələ də cəzalandırılmayıblar. “Erməni Milli Konqresi” bu illər ərzində topladığı bütün faktları İnsan Haqları üzrə Avropa Məhkəməsinə təqdim edib.

Bu barədə İrəvanda keçirilən ümumxalq mitinqində məlumat verilib. Aksiya iştirakçıları Serj Sarkisyan rejimini istefaya səsləyiblər. Etirazçılar ölkəni iflasa uğradan hökuməti tənqid atəşinə tutublar. Bildirilib ki, doqquz il əvvəl S.Sarkisyan rejimi hakimiyyəti zorla ələ keçirib. Bu proses həm də vətəndaşlara silahlı hücumla yadda qalıb. İki gün davam edən toqquşmada 10 nəfər ölüb, 150 nəfərdən çox sakin yaralanıb. Ermənistanın əsl bəlası da bundan sonra başlayıb. Hakimiyyəti zorla ələ keçirən cinayətkar S.Sarkisyan hökuməti bu müddətdə ölkəni tamamilə iflasa uğradıb və regionda təcrid vəziyyətinə salıb.

Aksiya iştirakçıları da Zurabyanın fikirlərini dəstəkləyiblər. Mitinqdə mart qırğınının təşkilatçıları və icraçılarının cəzalandırılması da tələb olunub. “Erməni Milli Konqresi” bu illər ərzində topladığı bütün faktları İnsan Haqları üzrə Avropa Məhkəməsinə təqdim etdiyini açıqlayıb. Ermənistandakı müxalif qüvvələr aktiv siyasi məsləhətləşmələr aparırlar. Onlar mövcud vəziyyətdən qurtulmağın tək yolunu birləşməkdə və ümumxalq etirazlarında görürlər. Aksiya zamanı günahsız yerə həbs olunan fəalların azadlığa buraxılması da tələb edilib.

Arka.am

09:05