İrəvanda etiraz, polis əsgər analarını təhqir etdi

 

Ermənistanın paytaxtı İrəvanda əsgər anaları hökumət binasının qarşısında etiraz aksiyası keçirib. Erməni KİV-ləri xəbər verir ki, polis onlara qarşı zorakılıq tətbiq edib, əsgər analarını həbs etməyə çalışıb.

“Biz müdafiə naziri Viqen Sarkisyanı gözləyirdik. Birdən polislər bizə zor tətbiq etməyə başladılar. Onlar zorla bizi maşında gözləməyə vadar etdilər. Son onlar biz tüfürdülər”, - deyə ölən erməni əsgər Artur Kazaryanın anası İrina Kazaryan bildirib.

Onlar başqa bir polis əməkdaşının müdaxiləsindən sonra həbs edilməkdən canlarını qurtara biliblər. Bundan sonra hökumətin binasına yaxınlaşan əsgər anaları müdafiə naziri Vigen Sarkisyanla görüş tələb ediblər. Əsgər valideynləri övladlarının qeyri-döyüş şəraitində ölməsindən və uzun müddət keçməsinə baxmayaraq, ölüm faktlarının araşdırılmamasından şikayətləniblər.

Politika.Az

 

09:56