İrəvan və Tehran Xaqanini “farslaşdırdılar”

İranla yanaşı Ermənistan da Azərbaycana məxsus milli-mənəvi irsin “farslaşdırılması” istiqamətində  addımlar atır. Nizami Gəncəvinin faslaşdırılması cəhdindən sonra bu dəfə də Xaqani Şirvani ilə bağlı eyni ssenari təkrarlanır. İrəvan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının müəllimi Aqaron Vardanyan Xaqani Şirvaninin fars şairi, Təbrizdəki məşhur “Göy” məscidin isə xristian abidəsi olduğunu iddia edib. “Sputnik Ermənistan”a müsahibəsində o bildirib ki, Nizami Gəncəvi Gəncədə, Xaqani Şirnvani isə Şirvanda doğulub, indi bu ərazilər Azərbaycanın tərkibindədir.

“Bu məsələ indi də açıq olaraq qalır. Bəziləri bildirir ki, Xaqani Şirvanda doğulub. Ancaq o, fars şairidir, 3-cü Manüçöhrün saray şairi olub. Bu günlərdə keçirilən, iranlı və erməni mütəxəssislərinin iştirak etdiyi konfransda Xaqani Şirvaninin doğum yeri haqqında da məsələ müzakirə olunub. Məsələ indiyə qədər də açıq qalır.Erməni İranşünaslarından olan Artem Tonoyan Xaqaninin dilini öyrənir. Qafqaz farscası, yaxud da şimalı tatar dili. Bunu araşdırdıqdan sonra Şirvaninin doğum yeri haqqında məlumat əldə etmək mümkün olacaq. “Xaqaninin əsərlərində türk etnonimi” mövzusunda elmi iş də buna həsr olunub. 12-ci əsr türklərin Qafqaza və Qərbi İrana miqrasiya etdiyi dövrün başlanğıcı idi”,- deyə şəqrşünas “alim” sərsəmləyib. Şirvaninin Ermənistan haqqında da xoş fikirdə olduğunu deyən “alim” “O, dəfələrlə bizim ölkəmizə gəlib, həmçinin yazıb ki, Ermənistan istirahət etmək üçün əsl cənnət ölkədir”,- deyə bildirib. Beləliklə Nizami Gəncəvidən sonra erməni-fars işbirliyi indi də Xaqani Şirvanini “farslaşdırmaq” yolundadır.

Xudaferin.eu

11:17