İraqda 500 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar olunub

İraq könüllüləri Mosul yaxınlığındakı “Buduş” həbsxanası ərazisində 2014-cü ildə İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qəddarlıqla qətlə yetirilmiş 500 nəfərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkar ediblər.

Xudaferin.eu Report-a istinadən xəbər verir ki, bu barədə Shafaq-news portalı məlumat yayıb.
Terrorçular “Buduş” həbsxanasını 2014-cü ilin iyununda ələ keçiriblər və orada dustaq olan şiə müsəlmanları güllələyiblər.

Könüllülər, həmçinin bəyan ediblər ki, onların öldürülməsində iştirak edən 87 terrorçunu yaxalayıblar.
İraq hərbçiləri “Buduş” türməsini martın əvvəlində öz nəzarətləri altına alıblar.

Xudaferin.eu

19:26