İraq Türkman Cəbhəsinin 22-ci ildönümünü

 

İraqdakı üç milyonluq Türkman Cəbhəsi 22 illik yubileyini qeyd etdi
 

1995-ci il aprelin 24-də yaradılmış təşkilatın rəhbəri millət vəkili, dəyərli insan, yorulmaz mübariz, İraq Türkmanlarının vicdan ruhu Erşat Salihidir. İraq Türkmən Cəbhəsi – İraq Milli Türkmən Partiyası, Türkmeneli Partiyası, Türkmən Müstəqillik Hərəkatı, Türkmən Qardaşlıq Ocağı, Türkməneli Əməkdaşlıq və Mədəniyyət Fondu, İraq Türkman Kültür və Yardımlaşma Dərnəyi kimi qurumların vahid təşkilatda birləşməsi nəticəsində yaranıb.

Bu partiya 2010-cu il seçkiləri nəticəsində İraq parlamentinə Kərkükdən 3 millət vəkili, Mosuldan da 3 millət vəkili ilə təmsil olunub. Ümumilikdə parlamentə 10 türkmən millət vəkili seçilib. 2010-cu il İraq seçkilərində türkmən partiyaları ümumilikdə 300 min civarında seçici səsi toplayıb. Partiya hər hansı bir məzhəbçiliyə və ümumiyyətlə, ayrı-seçkiliyə qarşıdır.
Qeyd edək ki, İraq Türkman Cəbhəsinin İraq dışında Türkiyə, Almaniya, Azərbaycan, Belçika, Fransa, Avstriya, Hollandiya, isveç, Norveç, ABŞ, Finlandiya, İsveçrə, Kanada, Danimarka, İngiltərə, İrlandiya, İtaliya, İspaniya, Macarıstan və başqa ölkələrdə özəl təmsilçilikləri vardır. Bu təşkilatın tək amacı İraqda yaşayan üç milyonluq Türkmanların milli, kültür, ana dilində təhsil haqları uğrunda mücadilə aparır. Bununla yanaşı, həm də Türkmanların tarixi torpaqlarında hansısa bölücü ssenarilərin qarşısını almaq üçün bir millət olaraq milli dirəniş siyasətini yürüdür.

Xudaferin.eu

 

22:13