İraq qüvvələri Mosulun daxilində irəliləməyə davam edir

 

İraq hərbi qüvvələri ABŞ qüvvələrinin dəstəyi ilə Mosul şəhərinin qərb hissəsində İŞİD militantlarının hələ də nəzarət etdiyi mövqeləri ələ keçirmək məqsədilə şəhərin daxilində irəliləməyə davam edir.

 

İraq hərbi qüvvələrinin general mayoru Maan Əl-Saadi Fransa xəbər agentliyinə bildirib ki, Mosulun qərb hissəsinin təxminən üçdə biri İraq qüvvələrinin nəzarəti altındadır.

Şəhər üzərində bir neçə partlayışdan sonra qatı tüstünün olduğu bildirilir. İraq hərbi qüvvələrinin Mosulda İŞİD-ə qarşı əməliyyatları genişləndikcə müki əhali şəhəri tərk edir

İraq hərbi qüvvələrinin Mosulda İŞİD-ə qarşı əməliyyatları genişləndikcə müki əhali şəhəri tərk edir. Fevral ayında hökumət qüvvələrinin Mosulun qərb hissəsinin azad edilməsi əməliyyatına başlamasından sonra ABŞ və İraq komandirləri İŞİD tərəfindən güclü müqavimət göstərildiyini bildirib. Ekstremist qüvvələr Mosulun ən mühüm hissələrindən birinin nəzarətini saxlamağa çalışır.

ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri Mosulun azad edilməsi əməliyyatında İraq hərbi qüvvələrinə yardım göstərmək məqsədilə hərbi təlimçilər və məsləhətçilər yerləşdirib.

İraq qüvvələri Mosulun şərq hissəsini oktyabrın 17-də başlamış əməliyyatdan sonra bu ilin əvvəli azad edib. Şəhərin özündə və ətrafında hərbi əməliyyatlar nəticəsində çox sayda mülki əhali yaşadığı yerləri tərk edərək məcburi köçkün vəziyyətinə düşüb.

Amerikaninsesi.org

11:08