İraq məhkəməsi qondarma kürd muxtariyyətinin seçki komissiyasının üzvlərinin həbsinə order verib

 

Məhkəmə İraqın Milli Təhlükəsizlik Şurasının regionda keçirilən referendumun Ali Federal Məhkəmənin bu məsələ üzrə qərarına zidd olduğunu təsdiq edəndən sonra bu addımı atıb.

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik barədə referendum keçirilib. İraq hökuməti referendumu qanunsuz sayıb və səsvermənin nəticələri barədə muxtariyyətin regional hökuməti ilə danışıqlar aparmayacaqlarını bildirib. Eyni zamanda, İraq Kürdüstanın qonşuları – Türkiyə və İran, həmçinin ABŞ və BMT referendumun əleyhinə çıxıb.
Son günlər İraq mərkəzi hökuməti qondarma “Kürdüstan Muxtariyyatı” siyasətinin qarşısını almaq üçün çox ciddi şəkildə addımlar atmaqdadır. Faktiki olaraq, bu etnik separatçı bölgə ilə bağlı son 40 ildə ilk dəfədir ki, rəsmi Bağdad rejimi barış mövqe sərgiləməkdədir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:29