İraq hökuməti Sincardakı pkk-çılara maaş vermir

“Terror təşkilatını dəstəkləməklə Konstitutsiyanı pozublar”

İraq parlamentinin keçmiş ərəb deputatı və keçmiş maliyyə naziri Rafi əl-İsavi “Rudav” kanalına müsahibəsində eşidənləri şoka salan məlumatlar verib. Keçmiş deputat və keçiş maliyyə naziri Rafi əl-İsavi Mosulun şimalındakı Sincar regionunda olan və bölgədəki yezidilərin də dəstəklədikləri PKK terror təşkilatı üzvlərinə Bağdad İqtidarı tərəfdarı tərəfindən maaş verildiyini deyib. İsavi Bağdad iqtidarını terror təşkilatını dəstəkləməklə Konstitutsiyanı pozmaqda ittiham edib və onu sərt şəkildə qınayıb. Qeyd edək ki, İraqın rəsmi hakimiyyəti Quzey İraqın Türkiyəyə qarşı etnik bölücülük və neft sektorunun yararsız bir durumda fəaliyyət göstərilməsi istiqamətində 2003-cü ildən bu yana gizli bir şəkildə siyasət yürütməsi faktı ilk dəfə deyil ki, gündəmə gətirilir. PKK-nın və digər kürd terror təşkilatlarının himayə edilməsində indiki İraq rejiminə dolayı və ya açıq şəkildə dəstək verən ölkələr də bu strategiyanın tətbiq edilməsində maraqlıdırlar.

Xudaferin.eu
 

 

13:06