İranın Sərhəd Mühafizə Xidmətinə məxsus helikopter qəzaya uğrayıb

Bu gün səhər saatlarında İranın Sərhəd Mühafizə Xidmətinə məxsus olan helikopter İran-Türkiyə sərhədində müşahidə uçuşu yerinə yetirərkən qəzaya uğrayıb.

Xudaferin.eu xəbər verir ki, qəza İranın Qərbi Azərbaycan vilayətinin inzibati mərkəzi olan Urmiya şəhərinin yaxınlığında baş verib.

Qərbi Azərbaycan valisinin siyasi məsələlər üzrə müavini Əli Mustofavi mətbuat nümayəndələrinə bildirib ki, qəza zamanı helikopterdə 9 nəfər olub. Onlardan 1-i həlak olub, 8-i isə yaralanıb. Yaralıların vəziyyəti sabitdir.

Hadisə yerinə gələn mütəxəssislər qəzanın səbəblərini müəyyənləşdirməyə çalışırlar.

Xudaferin.eu

17:03