İrandan Ermənistana müdhiş dəstək

Azərbaycan Respublikasının sayəsində erməniləri yaşatmaq planı beləcə gerçəkləşir 

AZXEBER.COM-un məlumatına görə Azərbaycan Respublikasının “Beynəlxaql Bankı” İranla anlaşmalar sonucu olaraq, “Rəşt-Astara Dəmir Yolu”nun inşası 38 ildir iqtidarda olan mollakratiya rejiminə 500 milyon dollar kredit ayırıb. AZXEBER.COM-un yaydığı informasiyada o da qeyd olunur ki, İranın dövlət banklarından biri “III İran-Ermənistan Elektrik Xətti”nin tikintisi üçün 84 milyon dollar ayırıb.
Tehran mollakratiya rejiminin ən məkrli siyasətlərindən biri də ermənilər tərəfindən hazırlanmış “Güney-Quzey iqtisadi dəhlizi”dir. Guya adı çəkilən “dəhliz” işə düşərsə, Azərbaycan Respublikası “tranzit ölkəsi” olaraq milyardlar qazanacaqdır. Tehrandakı mollakratiya rejimi belə bir təklifi Türküstan dövlətləri olaraq, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızstan, Tacikstan və Əfqanıstana da bu təkliflərdə bulunmuşdur. Tehran mollakratiya rejimi ticarət və iqtisadi yolları nəzarətə almaqla Hind Okeanına çıxış yollarının başında durmaqla bölgə dövlətlərini “paniranizm” və “panfarsizm”in dərin ideoloji hədəflərinə hesablanmış “dalan”a dirəmək hədəfini irəli sürür. Üzdə xoşgörülü, paprıltılı və cəlbedici mahiyyət daşıyan bu hədəflərə ilkin olaraq Azərbaycanı hədəfə almışdır. “Astara-Rəşt Dəmir Yolu” strategiyasının xarakteri də bununla bağlıdır. Bu addımı atmaqla, Güney Azərbaycan məsələsini də Azərbaycan Respublikasının maddi maraqları çərçivəsində qapatmağa çalışılır. Sonucda qazanan tərəf Tehran mollakratiya rejimi və Ermənistan olacaqdır.     
“XUDAFERİN.EU”-nun “Analitik Mərkəzi”nin incələməsinə görə, aparılan belə bir prosesdə bəlli olur ki, İran mollakratiya rejimi Azərbaycan Respublikasından “kredit parası” alaraq, Ermənistanın inkişafı hədəflərini ortaya qoyur. Onu da qeyd edək ki, Ermənistanın Tehran mollakratiya rejiminin sərhədi Güney Azərbaycanladır. Yəni qatı “panfarsizm” və “paniranizm” siyasətini yürüdən, “əba”ya bürünmüş məkrli mollakratiya  hökümətinin ermənilərlə genetik soydaşlıq siyasətinin sayəsində bütün iqtisadi-ticari, sosial və strareteji hədəflərinin bağlantılar, eləcə də Rusiyadan Ermənistana gedən iri həcmli yardımlar Güney Azərbaycan üzərindən gerçəkləşdirir. Belə bir dəhşət saçan tablonu seyr etdikdə Azərbaycan Respublikasına və Güney Azərbaycana qarşı daha nə kimi problemlərin yaradıldığı danılmaz faktrlardan biridir.
Güney Azərbaycandakı soydaşlarımız öz mili hüquqlarına sahib çıxmaq istəyirlərsə, ilk öncə “İran-Ermənistan” sıcaq ilişkilərinə diqqət yetirməklə hər addımımızda kürəyimizə saplanan xəncərin acısına qarşı çıxmalıdırlar. Urmu Gölünün qurudulması siyasətinin sonucu olaraq, Güney Azərbaycan torpaqlarının erroziyaya uğradılması, beş milyondan çox soydaşımızın öz tarixi ərazilərindən perik salınması hədəflərinin qarşısının alınması üçün necə mücadilə aparıldısa, “İran-Ermənistan ilişkiləri” də beləcə durdurulmalıdır.

Xudaferin.eu
“Analitik Mərkəzi”

09:22