İranda prezidentlik rəqabəti: Ruhani-Xamnei qarşıdurması kimə sərf edir?

 

Bir neçə partiyanı təmsil edən yeni mühafizəkar cəbhə əldən düşmüş iqtisadiyyat şəraitində qarşıdakı seçkilərdə Həsən Ruhaniyə ciddi rəqib olacaq. İranın indiki prezidenti 2013-cü ildə 53% səslə seçkiləri udub, dörd mühafuizəkar namizəd isə birlikdə 40%-ə yaxın səs alıb. Onlar dekabrda təcili bir hisslə İslam İnqilabi Qüvvələrinin Xalq Cəbhəsini (İİQXC) yaradıblar. Keçən ayın axırında İİQXC-nin ilk toplantısında 25 partiyadan 3000 nəfər iştirak edib. Onlar təşkilatın mərkəzi komitəsinin radikal, ekstremal antiamerika baxışlı, özlərini “prinsipçilər” adlandıran 30 üzvünü seçiblər.

 

İdeal makiavelliçi
 

Ayətullah Xamnei 1989-cu ildə ali rəhbər olduqdan sonra İranda mühafizəkar prezident olmayıb. Hətta Mahmud Əhmədinejad da özünü inqilabçı saymır. O bu ayın əvvəlindəki çıxışında bildirib: “Biz dəqiq və aydın şəkildə bəyan edirik: ölkədəki iki siyasi cərəyanın heç biri ilə əlaqəli deyilik”.

Lakin Əhmədinejad demaqoq və qatı makiavelliçi idi. O, mühafizəkarların geniş dəstəyini cəlb etmək üçün ABŞ-ı “kağız pələng” adlandırıb, amma Vaşinqtonla münasibətləri yoluna qoymaq üçün xeyli gizli addımlar atıb. Eyni zamanda islahatçılara və onların Qərblə münasibətlərdə tabeçilik siyasəti adlandırdığına həmlə edib. Bununla belə, Əhmədinecad hakimiyyəti heç bir qrupla bölüşməyə hazır deyildi. Nəticədə sərt xətt tərəfdarları və son hesabda kəşfiyyat rəhbərinin istefası ilə bağlı ayətullah Xameneinin özü ilə qarşıdurmaya girişdi və o vaxtdan bəri siyasi təcriddə yaşayır. Başqa sözlə, Xameneinin rəhbərliyi dövründə bütün prezidentlər – Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi və Ruhani İran lideri və indiki rejimlə ziddiyyətə girişiblər.

 

İqtisadi zəiflik

Ancaq “prinsipçilər”, xüsusən də onların radikal fraksiyası qarşıdakı seçkilərdə qələbə imkanı görürlər, çünki ölkədə iqtisadi göstəricilərdən çox böyük narazılıq göz qabağındadır. Merilənd universitetinin yanvarda dərc etdiyi sorğu göstərib ki, Ruhani əvvəlki tək 2017-ci il prezident seçkilərində öncül mövqe tutsa da, ona dəstək 50%-dən aşağı düşüb. Sorğunun məlumatlarına görə, sorğulananların 10-dan 6-ı hesab edir ki, iqtisadiyyat pis durumdadır və Ruhani vəzifəyə başlayandan sonra əksəriyyət ilk dəfə iddia edir ki, vəziyyət pisləşir. Böyük əksəriyyət istəyir ki, İranın növbəti prezidenti diqqəti işsizliyin azalması və İran iqtisadiyyatının möhkəmlənməsinə yönəltsin. Ruhani və komandası ümid edirdi ki, nüvə sazişinin bağlanması ilə yatırımlar ölkəni dolduracaq. Lakin gerçəklik onların gözləntilərini soyudub. İran iqtisadiyyatı bir neçə səbəbdən durğunluq vəziyyətindədir. Birincisi, Avropa bankları Amerikanın qeyri-nüvə sanksiyalarına görə bu ölkənin yurisdiksiyasına düşmək üzündən İranla işgüzar sövdələşmələrdən ehtiyat edir.

İkincisi, Ayətullah Xamnei özünün antiamerika bəyanatlarnda İranla ABŞ arasında düşmənlik xəttini tutduğundan böyük xarici şirkətlər İranın iqtisadi gələcəyinə əmin deyil. Onlar bir neçə illik təcriddən sonra təcavüzkar şəkildə İran bazarına soxulmaq əvəzinə gözləmə mövqeyi tutub.

Ruhani və administrasiyası neoliberal iqtisadiyyatın möhkəm əqidəli tərəfdarıdır və getdikcə artan qeyri-bərabərliyə və İranın sərvətinin ədalətsiz bölgüsünə qarşı etinasızdırlar. Bu yaxınlarda yaranmış mühafizəkar İİQXC Ruhaniyə meyan oxumaq üçün bildirib ki, iqtisadi ədalət və insanların yaşaması üçün vəsaitlər onun namizədinin platformasının təməli olacaq. Düzdür, qrup onun namizədinin kim olacağını hələik bildirməyib. Onlar İlyas Nadiran və Məhəmməd Xoşçərəh kimi solyönlü, nisbətən məşhur iqtisadçıları təqdim etməyə hazırlaşırlar. Hansısa bir anda fərziyyə meydana çıxdı ki, mühafizəkarların namizədi Nadiran olacaq, lakin fiziki şikəstlik üzündən (o, 1978-ci ildə inqilab zamanı bir qolunu itirib) onun namizədliyinə nisbətdə konsensus əldə edilməyib. Hansısa bir anda fərziyyə meydana çıxdı ki, mühafizəkarların namizədi Nadiran olacaq, amma fiziki şikəstlik üzündən (o, 1978-ci il inqilabında bir qolunu itirib) onun namizədliyinə nisbətdə konsensus əldə edilməyib.

Qüvvələri birləşdirməklə

 

Gerçəklik bu cürdür ki, mühafizəkarlar da onların rəqibləri mötədillər və islahatçılar kimi heç vaxt iqtisadi ədalətin əsil tərəfdarı olmayıblar. Mühafizəkarlar İslam Respublikasının varlığı ərzində çox vaxt parlamentə nəzarət edib, lakin insanların həyatının yaxşılaşması üçün az şey ediblər. Vahid namizədə dəstək üçün birləşməkdə Cəbhənin qarşısında ciddi problem durur. Qaynaqlar xəbər verir ki, bəzi ultraradikallar, məsələn, İranın nüvə məsələləri üzrə keçmiş danışıqçı Səid Cəlili qrupdan vahid namizədin xeyrinə geri çəkilməyə hazır deyil. Ayətullah Xamnei seçki ərəfəsində Ruhani və administrasiyasının iqtisdadi göstəricilərini açıq şəkildə tənqid edərək mühafizəkarlara qoşulub: “Biz adamlardan şikayətlər alırıq… Adamlar iş yerləri və istehsalın yaradılmasına nisbətdə yaxşılaşma hiss etməlidirlər. Hazırda belə deyil”.

Ruhanui iqtisadi problemlərin həllində onu səriştəsizlikdə ittiham edən sərt xətt tərəfdarları ilə qarşıdurmaya girişərək öz administrasiyasını dəfələrlə müdafiə edib. O, inflyasiyanın azaldığı və iqtisadi yüksəlişin artdığı haqda statistik məlumatar təqdim edib. Lakin Xamenei məlumatların əhəmiyyətini azaldıb. “Hesabat və rəqəmlərin təqdimi yaxşıdır, – o deyib. – lakin bu, orta və uzunmüddətli perspektivdə adamların həyatına təsir etmir”.

O, Ruhaninin nüvə sazişi və sanksiyaların böyük xarici yatrımlar cəlb edəcəyi haqda fikrinin yanlışlığna dolayısı ilə toxunaraq əlavə edib ki, “xarici kapitalın cəlbi müsbət tədbirdir, lakain indiyə qədər olduqca məhdud sayda xarici müqavilə gerçəkləşdirilib”.

Ayətullah mühafizəkarları dəstəkləyərək artıq sərgiləyib ki, onun fikrincə, Ruhani ölkənin durğun iqtisadiyyatını xilas etmək iqtidarında deyil.

Ruhaninin problemləri

 

Bununla belə, Ruhaninin sadəcə ona görə seçkiləri udmağa böyük şansı var ki, əleryhdarları populyarlıq problemi ilə üzləşirlər. Seçki prosesinə qanunsuz müdaxilə olmasa, onun qələbəsinə ən böyük təhdid bundan ibarətdir ki, 2013-cü ildə Ruhaniyə səs vermiş dilxor seçicilər evdə qalsalar, 28 il ərzində mühafizəkar uda bilər. Bu arada Ruhani mümkün müdaxiləyə görə açıq-aşkar əsəbiləşir. O, fevralın 25-də seçicilər qarşısında çıxışda hərbi aparata aşkarca işarə edərək deyib: “Kimsə seçki qanunlarını pozursa və dövlət vəsaitini namizədin dəstəyinə istifadə edirsə, istər hərbçilər olsun, istər təhlükəsizlik gücləri və yaxud silahlı qüvvələr, biz ayağa qalxıb bunu bildirməliyik”.

Hurriyyet.org

 

10:53