İranda neft şirkətində yanğın: Yaralılar var

Tehrandakı neft şirkətlərindən birinin binasında baş verən yanğın zamanı azı 12 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Xudaferin.eu xəbər verir ki, bununla bağlı IRNA agentliyi yerli təcili yardım xidmətinə istinadla məlumat yayıb. 

Yanğın “Qeshm Oil and Energy Industries Development” şirkətinə məxsus binanın 10-cu mərtəbəsində baş verib. 

Hadisə yerinə yanğınsöndürən və təcili yardım briqadaları cəlb edilib. 

Xudaferin.eu

06:06