İranda hərbi paradda terror aktı

İranın Əhvaz şəhərində keçirilən hərbi parada hücum edən dörd yaraqlı ABŞ və İsrail kəşfiyyatı ilə əlaqəlidirlər.

Xudaferin.eu xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Əbülfəzl Şəkərçi bəyan edib.

Onun sözlərinə əsasən, üç terrorçu hadisə yerində məhv edilib, daha biri isə xəstəxanada ölüb.

Şəkərçi terrorçuların İŞİD-lə əlaqəsi barədə məlumatları təkzib edib. O qeyd edib ki, canilər “Fars körfəzinin iki ölkəsi tərəfindən” maaliyyələşiblər.

Xudaferin.eu

10:04