İranda güclü zəlzələ: 82 yaralı

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Boyer-Əhməd ostanında baş verən zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.

Xudaferin.eu IRNA-ya istinadən xəbər verir ki, zəlzələ dünən yerli vaxtla gecə yarısı Yasuc şəhərini yaxınlığında baş verib. 

Yeraltı təkanların gücü 5,1 bal olub. 

Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib. Həkimlər hadisə yerində 71 nəfərə tibbi yardım göstərildiyini, 11 nəfərin xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Qeyd edək ki, ötən həftə Yasuc şəhərinin şimal-qərbində baş verən 5,3 bal zəlzələ nəticəsində 133 nəfər xəsarət almışdı.

Xudaferin.eu

15:19