İranda daşqınlar nəticəsində 35 nəfər ölüb

İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində daşqınlar nəticəsində 35 nəfər ölüb.

Xudaferin.eu-nun APA-ya istinadən məlumatına görə, İranın şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha bir neçə nəfər itkin düşüb.

Ölənlər Kirmanşah əyalətinin, Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinləridir.

İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi təxliyyə olunub. Ölən və itkin düşənlərin sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, İranda güclü yağışlar nəticəsində bəzi çaylar məcrasından çıxıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

Xudaferin.eu

15:51