İran yeni ballistik raketini sınaqdan keçirdi

İslam İnqilabının Keşikçilər Korpusu dəniz hədəflərinin vurulması üçün nəzərdə tutulan Hormuz-2 yeni ballistik raketi sınaqdan keçirib.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə Tasnim agentliyi İran Silahlı Qüvvələrinin komandiri Əmir Əli Hacızadəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, raket suda 250 kilometrlik məsafədə hədəfi uğurla vurub. Qeyd olunur ki, silah 300 kilometrə qədər məsafədə hədəflərə zərbə endirməyə imkan verir.

Ballisitik raket Tehranın istehsalıdır.

Xudaferin.eu

22:39