İran mollakratları hər 7 saat da bir nəfəri asır

İran mollakratiya rejimi edamların sayını hədsiz dərəcədə artırıb. İran rejiminin öz rəsmi dövlət xəbər agentlərinin yaydığı məlumata əsasən ,dövlət son bir  ildə hər 7 saatda bir insanı asıb və bu da  beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İranın fars ırqçı molla rejimi  qondarma ittihamlarıla çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

Qeyd edək ki, adını .əriət hökmləri ilə idarə olunan dövlət kimi elan etsə də, Tehran mollakratiya rejimi daha çox, bu rejimin müxaliflərinə divan tutmaq üçün “şəriət qanunları”ndan sui-istifadə edir. Belə ki, artıq hər kəsə bəlli olan məsələlərdən biri də İran adlı ölkəni idarə edən 47 ayətullah faktiki olaraq, din pərdəsi altında həm də bu nin ölkənin oliqarxlarına çevriliblər. Onlar gözdən pərdə asmaq üçün “Ali Dini Şura” yaradarq, bütün əməllərinə şəriət donu geyindirirlər. İndi bütün bunlar əhali tərəfindən ən yüksək səviyyədə dərk olunmaqdadır. Mollakratiya rejiminin Ali Dini Rəhbəri Ayətullah Seyidəli Xameneyinin 48 milyard dollar həcmində varidantın sahibi olduğu ortaya çıxıb. Din pərdəsi altında 38 ildir bütün rəzalətlərə dözərək yaşamağa məhkum edilmiş xalqın nümayəndələrindən kimin səsi çıxırsa, dərhal onlar “şəriət ehkamları” əsasında beləcə edam olunurlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu

   

12:07