İran mollakratiya rejiminin Ankaradakı səfirliyi önündə Suriyadakı terrora qarşı üsyan

Türkiyənin başkəndi Ankarada Suriyanın İdlib şəhərində kimyəvi silahlarla bombalama siyasətinə görə həyatını itirən yüzlərlə uşaqların, qadın və qocaların üzücü faciəsinə qarşı etiraz olaraq İran mollakratiya rejiminin səfirliyi önündə eyləm keçirdilər. Mitinq zamanı “Suriyanı unudan dünya utansın. Dur de... Dur de... Qətliama dur de” şəklində pankartları nümayiş etdirdilər. Bununla yanaşı, günahsız yerə ölən vətəndaşlar üçün qiyabi cənazə namazı qılındı.

Daha sonra isə, Suriyadakı diktator rejiminə və diktator Bəşər əsədə dəstək verdiyini önə çəkərək Rusiya səfirliyinə doğru yürüşə keçdilər: “Ey insanlıq Suriyadakı zülmdən uşaqları ölümdən qurtar” plakatı ilə tabutları daşıyaraq addımlayan qrup, müxtəlif şüarlar səsləndirdilər. Bir neşə ay öncə öldürülən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun adının verildiyi küçədə baş verən aksiyada etirazçılar adından danışan Əli Yalçın Suriya rejiminə təpki göstərdi. Suriyada insanlıq və bəşəriyyət əleyində aparılan siyasət və kimyəvi silahlarla günasız insanların bombardman edilməsinə görə Rusiya və İran mollakratiya rejimi başlıca suçlu elan edildi. Əli Yalçın çıxışında onu da bildirdi ki: “4 apreldə İdlibdə Bəşər Əsəd kimi diktatorun ölüm maşınları tərəfindən kimyəvi silahlarla çoxu uşaq 150 nin üzərində insan qətlə yetirilib. Bəşəriyyət, BƏƏS rejiminin vəhşiliyinin boş gözlərlə gördükcə, İran, Rusiya və diktator Əsəd soyqırımı daha çox vəhşiliklərini davam edir. Vəhşiliyin üç adı, üç meymunu oynayan uluslararası toplumdan güc alaraq vəhşilik qalereyasını böyüdürlər. Bütün bu dəhşətlərə görə susmayacağıq”. Qeyd edək ki, Ankaradakı aksiyalarda Güney Azərbaycan Milli Hərəkatının Gənclik Qolu yaxından iştirak etmişdir. 
 

Xudaferin.eu

Türkiyə, “Ankara Bürosu”

06:23