İran mollakratiya rejiminə ağır zərbə

 

Tehranın aparteid rejiminə qarşı silahlı qurtuluş döyüşü aparan Bəluçlar 10 əsgərini öldürüb

İran mollakratiya rejiminin bu ölkədə sayları milyonlarla hesablanan bir sıra xalqların milli kimliyini nəinki tanımaq, hətta inkar siyasətini davam etdirir. Belə bir düzənə qarşı son illərdə “Güney Azərbaycan Milli Hərəkatı”, “Tumac Türkman Milli Hərəkatı”, “Bəluc Milli Qurtuluş Ordusu” və “Xuzistan Azadlıq Cəbhəsi” fərqli yönlərdə milli mücadilələrini irəli sürmüşlər. Tehran rejiminin din pərdəsi altında girovuna çevrilmiş bu toplumlar artıq mollakratiya siyasətinin düzənində yaşamaq istəmirlər.
Ötən gün “Bəluç Milli Qurtuluş Cəbhəsi”nin yurdsevərləri mollakratiya rejimini qoruyan hərbi qüvvələrə qarşı döyüş əməliyyatlarını həyata keçiriblər. Beləliklə Sistan-Bəlucstan böldəsində silahlı döyüşü zamanı “İslam İnqilabının Qoruyucuları Ordusu”-“Ettelat”ın 10 əsgəri döyüş zamanı ölüb və 3 nəfəri isə ağır yaralanıb.

Qeyd edək ki, Güney və Quzey Azərbaycan olduğu kimi, Bəluclar da tarixi ədalətsizliyə uğramış toplumdurlar. Bu gün 8 milyon Bəluc İran mollakratiya rejiminin işğalı altında olan Bəlucstanda, 12 milyon Bəluc isə “Şərqi Bəluctan” olaraq, Pakistanın tərkibində yaşayırlar. Son olayla ilgili olaraq, Tehran mollakratiya rejimi baş verən rüsvayçılıqdan yaxasını qurtarmaq üçün bütün suçu Pakistanın üzərinə atıb. “Bəluc Milli Qurtuluş Ordusu” isə yaydığı açıqlamada bildirib ki, operasionu “Bəluç Milli Qurtuluş Ordusu”na məxsus “CİŞ Ələdl” qrupu həyata keçirib.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

06:54