İran mollakratiya rejimi ermənilərə necə dəstək verir

V yazı

İndiki İran İslam Respublikasının ərazisində Fransa, İngiltərə, İtaliya və digər xristian dövlətləri bölgədə son 91 il ərzində xristian mədəniyyətinin izləri üzərində incələmələr apararaq, burada II yüzillikdə “qədim xristian məbədləri” doktrinasını hazırlamışlar. Bu projedə fəal şəkildə ermənilər və xristian kürdlər yer almışlar. Mollakratiya rejimi iqtidara gəldikdən sonra, geniş həcmli maliyyə qaynaqları əsasında ermənilər üçün çoxsaylı işlərin görülməsinə dəstək verilmişdir. Orta Doğuda dərin siyasi hədəfləri olan güclərin əlaltısı rolunda çıxış edən erməni, aysor, xristian ərəb və kürdlər onların yanında yer almışlar. Adı çəkilən toplumların parazitcəsinə yaşam iddiası adı çəkilən doktrinanın bir parçası sayılır.

Müqəddəs Stepanos Monastrı

Güney Azərbaycanın Culfa şəhərində “Müqəddəs Stepanos Monastrı” əslində qədim protoxristian maddi mədəniyyətinin bir parçası sayılsa da, indi onun ermənilərə məxsus olması Tehran rejiminin maraq dairəsinə daxil edilmişdir. Qədim prototürklərin xristianlıq ideyası kimi qəbul edilən abidə guya eranın 62-cı ildə inşa edilməyə başlamış və IX yüzillikdə tamamlanmışdır. 1330-cu ildə Böyük Moğol İmperiyasnın “vəhşi” hücumları sayəsində dağıdılmışdır. Hətta iddia olunur ki, kilsə böyük mədəni irsə malik olmaqla yanaşı, orada xeyli sayda divar rəsmləri, fəlsəfi, dini və tarixi önəmi olan əski əlyazmalar olmuşdur. İddia olunur ki, XV yüzillikdə Səfəvi və Osmanlı dövlətlərinin arasında baş verən savaşların sonucu kimi 1513-cü ildə “Batı Ermənistan” beləcə işğal edildi. Daha sonra isə Səfəvi hökmdarı I Şah Abbas bölgədən Araz çayı boyundan erməni əhalisini başqa bölgələrə sürgün etdi. Beləliklə ermənilərə bağlı tarixi abidələr tamamilə zamanla dağılmağa məruz qaldı. XVII yüzillikdə erməni əhalisinə tədricən Araz çayı sahillərinə  dönməyə icazə verildi. Beləcə ermənilər kilsələrə sahib çıxmağa başladılar. Bu gün mollakratiya rejiminin dəstəyi ilə dünyanın hər yerindən ermənilər Güney Azərbaycanın Culfa şəhərindəki Müqəddəs Stepanos Monastrının təmir olunduqdan sonra böyük həvəslə sonra ziyarətə gəlirlər.

“Vəng Kilsəsi” heyranlığı  

İran mollakratiya rejiminin erməni sevdasının başqa bir örnəyi guya 1664-cı ildə inşa edilmiş “Vəng Kilsəsi” siyasətidir. Bu kilsə memarlıq və konstruksiya baxımından protoxristian və prototürk maddi mədəni mirası osla da, bu gün onun erməniləşdirilməsi vacib siyasətlərdən biri sayılır. İsfəhanda inşa edilən kilsənin və məhəllənin Yeni Culfa adlandırılması Güney Azərbaycanın Culfa şəhərinə ermənilərin ərazi iddalarının strateji maraqlarından biri sayılır. Naxçıvanın tədricən ermənilər tərəfindən “kilsə” taktikası ilə çevrəyə alınması hədəfləri ilə bağlıdır. Tehran mollakratiya rejiminin maddi dəstəyi ilə Vəng Kilsəsinin yüksək səviyyədə inşasından sonra, buraya dünyanın hər yerindən on minlərlə erməni turistlərinin axınları başlamışdır. Kilsədəki ferskalar erməni boyakarlığı üslubunda bəzədilmişdir. Kilsənin daxili interyerində XX yüzillikdə Türkiyə torpaqlarında uydurma “erməni soyqırımı” haqqında xristianları qızışdıracaq mövzularda tablolar daha çox üstünlük təşkil edir. Hətta xristianlıqla heç bir ilgisi olmayan bir məsələ də burada yer almışdır. Kilsənin daxilində zəngin ermənilər dəfn edilmişdir. Kilsənin həyətində isə uydurma “erməni soyqırımı” abidəsi ucaldılıb. Hər il İsfəfan valiliyi və digər yerli idarə rəhbərləri də ermənilərlə birlikdə bu abidəni ziyarət edirlər. 

Müqəddəs Sərkis Kilsəsi

Mollakratiya rejiminin erməni sevdasının başqa bir astar üzü Tehranda onlara xüsusi qayğı ilə yanaşaraq “Müqəddəs Sərkis Kilsəsi”nin inşasına dövlət dəstəyinin verilməsi ilə müşahidə olunur. Kilsə Məhəmmədrza Pəhləvinin dəstəyi ilə 1964-1970-ci illərdə tikilsə də, Sərkisyan qardaşlarının öz şəxsi vəsaitləri ilə buna nail olmuşdular. Tehran mollakrat rejiminin dəstəyi ilə kilsənin ərazisi böyüdülmüş və burada ayrıca kitabxana, çayxana, kafe, mətbəə, dini məktəbin və digər infrastrukturların yaradılmasına maddi dəstək verilmişdir. Kilsənin günbəzinin piramida formasında olması İranın başkəndində   ermənilərin əsas söhabilərindən biri olması deməkdir. Çünki, kilsənin daxili interyerində farslar üçün müqəddəs sayılacaq sasanilər dönəmində, özəlliklə II Şapurun hakimiyyəti zamanı fars-erməni qardaşlığının simvoluna çevrilən çoxlu freskalar çəkilmişdir. Guya IV yüzillikdə Romadan qovulmuş ermənilərə ilk dəfə sığınacaq verən Sasani dövləti olmuşdur.  

Müqəddəs Nikolay Kilsəsi

1905-ci ildə Rusiyanın ağır basqıları, İngiltərə və Fransanın hərbi, iqtisadi və siyasi təzyiqlərinin sonucu qismində ölkə daxilində bir sıra güzəştli addımlar atılırdı. Belə bir dönəmdə Ənzəli-Tehran yolunun inşası strateji önəm daşıyırdı. Bu nəqliyyat dəhlizini inşa etmək Rusiyanın üzərinə düşmüşdü.  Rus mütəxəssislər kilsə məsələsini önə çəkərək Qəzvin şəhərində kilsə inşa edilməsi üçün dövlətdən razılıq alırlar. İxtisasca yol mühəndisi olan Nikolay Poltoranov burada kilsə və dini məktəbi inşa edir. Beləliklə tikili “Rus Kilsəsi”, yəni Müqəddəs Nikolay Kilsəsi adlanır. Rusiyanın Güney Azərbaycandan geri çəkilməsindən sonra, başda İngiltərə olmaqla pəhləvilər xanədanlığı dönəmində ermənilər zamanla bu kilsəyə sahib çıxdılar. Son 40 ildə isə Güney Azərbaycanın bu müqəddəs şəhərində ermənilərə qarşı əhalinin dərin nifrəti sayəsində onlar buradan köçüb getmək zorunda qalmışlar. Tehran mollakratiya rejimi dolayı yolla dəstək olmaqla kilsənin erməniləşdirilməsinə izin vermişdir.   

Müqəddəs Faddey Kilsəsi oyunu

Güney Azərbaycanın Maku şəhərində yerli əhali arasında “Qara Kilsə” adı ilə tanınan əski protoxristian və prototürk məbədi də mollakrat rejiminin himayəsində ermənilərin ixtiyarına verilib. Makudan 20 km aralıqda yerləşən kilsə ilə bağlı ermənilərin haray-həşirində yer alan uydurmalardan biri də guya, İsa peyğəmbərin 12 səhabəsindən biri sayılan Faddeyin Göy Tanrı inanclılar tərəfindən burada öldürülməsidir. Kilsənin qara daşla tikilməsinə görə yerli əhali ona “Qara Kilsə” adını verib. XIV yüzillikdə baş vermiş zəlzələdə dağılan kilsə XIX yüzildə Rusiya, Fransa və İngiltərənin maddi dəstəyi ilə erməni, aysor və kürd xristian əhalisi üçün yenidən bərpa edilib. Bu kilsənin sayəsində Güney Azərbaycanın Türkiyə ilə sınırları boyunu yerli türk əhalisindən boşaltmaq üçün 1914-1918-ci illərdə 200 min nəfər soydaşımızı soyqırım etmişlər. “Faddey Kilsəsi”nin nəzdində dini məktəb açmaq adı altında hərbi taktika, qatı antitürk təbliğatları, yerli türk əhalisini soyqırımlara məruz qoymaq, bu tarixi yerlərdən deportasiya etmək yönündə mütəxəssislər hazırlanmışdır. Soyqırım siyasətlərinin qarşısını Əli Ehsan Sabis Paşa alıb. 1978-ci il 23 Bəhmən İnqilabından sonra hakimiyyətə gələn mollakratiya rejimi XIX yüzillikdə hazırlanmış Güney Azərbaycan və Türkiyənin arasındakı bölgələrdən yerli türk əhalisini deportasiya etmək taktikasını yenidən gündəmə gətirib. Bu tarixi ərazilərin tarixən erməni, kürd və aysorlara aid olması üçün bir sıra infrastrukturlar hazırlamışdır. “Qara Kilsə”ni yüksək səviyyədə təmir edərək ermənilərin ən böyük ziyarətgahlarından birinə çevirmişdir. Hər il “Qara Kilsə”ni ziyarət adı ilə Suriya, Livan, Misir, Ermənistan, Hindistan, Rusiya, Gürcüstan, Kanada, Yunanıstan, Argentina və başqa  ölkələrdən minlərlə ermənilər burada Tehran mollakratiya rejiminin hədəflərinə uyğun ssenarini tətbiq edirlər. Ancaq, bununla yanaşı, Güney Azərbaycanın başda Urmu vilayəti olmaqla güclənməkdə olan Milli Hərəkatının sayəsində həmin hədəflər öz gerçəyini tapa bilmir.

Dzodzor taktikası

Güney Azərbaycanın Maku şəhərində VII yüzilliyə aid protoxristian və prototürk abidəsi indi süni şəkildə “Dzodzor Kilsəsi” adlandırılır. Ermənilər bu adı həm də Maku şəhərinə aid edirlər. Kilsədə hazırlanan strateji xəritələrdə Güney Azərbaycanın Urmu vilayətinin yarısının ermənilərə, digər bölümünün kürdlərə bağlı olduğu iddia edilir. XVII yüzillikdə baş vermiş zəlzələ sonucunda kilsə tamamilə dağılsa da 1988-ci ildə İran mollakratiya rejiminin böyük maliyyə dəstəyi ilə yenidən inşa edilmişdir. Beləliklə erməni və xristian kürdlərin hədəfində yer alan Güney Azərbaycanı inkar siyasətini maddi abidələr adı altında saxtalaşdırma oyunları oynanılır. Bu faciədə ən çox  dəhşət saçan odur ki, kilsə Ermənistan tərəfindən idarə olunur. İrəvanda hazırlanan və  Güney Azərbaycanın Urmu vilayətində yaşayan 13 milyonluq yerli türk əhalisini deportasiya etmək planları Tehran rejimi ilə birgə həyata keçirilir. Tehranda çap olunan kitablarda belə, qeyd olunur ki, XVII yüzildə bölgədə baş vermiş zəlzələyə qədər buranın əhalisi erməni, kürd və aysorlar olmuşlar. Türklər bu torpaqlara sonradan köçüblər. Halbuki, Urmu vilayətinin bütün bölgələrində tarixin qədim maddi mədəniyyət izləri sübut edir ki, buranın əzəli sakinləri prototürklərdir. Çünki, qədim erməni dili kimi tanından qraparca bu kilsələrdə bircə yazılı abidə yoxdur.       

Firdovsinin “Şahnaməsi” və erməni-fars cütlüyü

İndiki İran adlanan coğrafi yaylada türkü inkar doktrinasının əsası tarixdə ilk dəfə fars şairi Əbülqasım Firdovsinin “Şahnamə” əsəri ilə qoyulmuşdur. Bu günə kimi parn-urdu mənşəli erməni-fars cütlüyü bu hədəfi dünyanın qatı antitürk siyasətini aparan güclərin dəstəyi ilə gerçəkləşdirməyə çalışmışlar. İstər islam, istərsə də xristianlıq adı altında, ya da enerji resurslarına sahib çıxmaq istəyən sömürgəçi güclər hər zaman fars-erməni cütlüyünün hədəfini dəstəkləmişlər. Tehran mollakratiya rejimi məhz buna görə 37 ildir mövcudluğunu qorya bilir. Azərbaycanın Qarabağ ərazisinə iddianın gizlinləri buradan qaynaqlanır. Çünki, Güney Azərbaycanın da qədim xristian torpaqları olması və paralel olaraq ən dəhşət saçan ağır maddi fəlakətlə üz-üzə qoyulmasının sirri də bundadır. Ona görə də Güney Azərbaycanın erməni-fars cütlüyündəki ideologiyaya qarşı çıxması bu günün ən böyük gerçəkliyidir. Təəssüflər olsun ki, Quzey Azərbaycan bu gerçəkliklərə milli hədəflər üzərində köklənmiş strategiya kimi yanaşmır. Bütün imkanlarını passiv bir durumda saxlayır. Erməni-fars cütlüyü isə bütün bunlara görə aktivdirlər.

Ənvər BÖRÜSOY     

22:03