İran mollakrat rejiminin lideri Seyid Əli Xameneyidən əndrabadi açıqlama

 

O bildirib ki: “Məktəbdə farsca öyrənirlər, siz də evdə türkcə öyrədin!”

İran mollakrati rejiminin ali ruhani lideri Seyid Əli Xameneyinin 5 yaşlı bir uşaq və onun anası ilə türk və fars dilləri haqqında söhbəti bir milyondan artıq sosial media istifadəçisi tərəfindən izlənilib. Belə ki, onun ofisinin idarə etdiyi Telegram kanalı tərəfindən yayımlanan videoda Xamneyinin Parsa adında bir uşaqdan “türk ya fars” olduğunu sual etdiyi görünür.

Videoda “şəhid Zindədil”-in nəvəsi olaraq təqdim edilən uşaq çəkdiyi bir rəsmi rəhbərə göstərir. Xameneyi fars dilində rəsm haqqında bir neçə sual soruşduqdan sonra uşağa türk dilində belə bir sual verir. “Sən türksən ya farssan?” deyə, o, uşaqdan soruşur.

Videonun davamında uşağın türk ailədən olduğu anlaşılır. Anası onun türk dilini anladığını, amma danışa bilmədiyini bildirir. Daha sonra mollakrat rəhbərin rəhbəri söhbəti təkrar fars dilində davam edərək, uşağın anasına evdə uşağa türkcə öyrətmələrini tövsiyə edir: “Farscanı məktəbdə, küçədə və bu kimi yerlərdə öyrənirlər. Siz evdə ona türkcə öyrədin ki, türkcəni bilsin. Farscanı da ki, bilir. Beləliklə olar iki-dilli.”

Qeyd edək ki, həmin video Seyid Əli Xameneyinin “Müqəddəs müdafiə şəhidlərinin ailələri ilə görüş”ündə çəkilib. İslam Respublikasında İran-İraq muharibəsi müqəddəs müdafiə olaraq vəsf edilir.

Beləliklə də İran mollakratiya rejiminin Türk dilinə heç bir zaman rəsmi dövlət statusunun verilməyəcəyi özünü əyani şəkildə bird aha isbat edir. Yəni Türk dili sadəcə evdə və məşiət səviyyəsində öyrənilməlidir. Belə bir addım həm də İran Ana Yasasının bütün qanunlarına tüpürmək deməkdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

 

09:28