İran köhnə neft siyasətinə qayıdır

 

Xəzəryanı ölkələrlə yeni tərəfdaşlıq modeli Bakı-Tiflis-Ceyhana alternativ yaratmaq cəhdidirmi?

 

Avqustun 18-də İran rəsmiləri bildirib ki, Xəzəryanı qonşuları ilə gündəlik 500 min barel xam neft mübadiləsi üçün infrastruktur yaradıblar. Bu razılaşmalara əsasən, İran Neka limanında Xəzər istehsalçılarından xam neft alacaq, həmin nefti şimaldakı neftayırma zavodlarına çatdıracaq, sonra onu cənub terminalları ilə Xəzər istehsalçıları tərəfindən təyin olunmuş beynəlxalq müştərilərə ötürəcək. 2010-cu ilədək Milli Neft Şirkətinin (NIOC) törəmə şirkəti olan “Naftiran Intertrade” şirkəti (NICO) bu sahəyə nəzarət edib. Sonra rəsmi Tehran əvəzləşdirmə (yaxud dəyişdirmə, mübadilə – ingiliscə “swap” – “svop”) təşəbbüsünü dayandırıb və xam neftin dünya bazarındakı qiymətinə əsaslanaraq komission haqqının artırılmasını (hər barelə 1$) tələb edib. Tehran başa düşüb ki, Xəzər istehsalçıları alternativ marşrutu kimi Bakı-Tiflis-Ceyhan boru kəmərindən istifadəsi daha yüksək qiymətlə başa gələcək. 2012-ci ildə NICO köhnə “svop” sazişlərini canlandırmağa çalışıb. Bununla yanaşı, İranın neft sektoru, o cümlədən NICO-nun ABŞ-ın “qara siyahı”sına salınması, Aİ və ABŞ sanksiyalarına məruz qalıb. Yəni NICO-nun qeyri-ABŞ şirkətləri ilə hər hansı birbaşa ticarəti ABŞ tərəfindən cəzalandırılacaqdı. 2016-cı ilin yanvarında İranın “altılıq”la nüvə razılaşmasının nail olmasından sonra Neft Nazirliyi köhnə mübadilə sazişlərini canlandırmaqdan maraq göstərib. Əslində, alqı-satqı müqavilələri ilə xammal dəyişdirmə üçün infrastruktur tamamilə hazırdır. İranın Neka limanından Tehranın cənubundakı Rey şəhərinə qədər olan emalı zavoduna qədər iki boru xətti var. Bu boru kəmərlərinin birləşdirilmiş gücü gündəlik 150 min bareldir, lakin indi nəql həcmi 500 min barelədək artırılıb. Şimaldakı neftayırma zavodlarında Xəzər neftindən istifadə etmə, görünür, cənub əyalətlərindən şimala öz xam nefti nəqlinə, yəni xərclərdən xilas olmaya kömək edir.

İranın neft dəyişdirmə sövdələşmələrini bərpa etməsinin səbəblərindən biri Tehran neftayırma zavodunun keyfiyyətli Xəzər xammalını almaq üçün yenilənməsidir. 2012-ci və 2016-cı illərdə İranın ixrac potensialı sanksiyalarla məhdudlaşdıqda, NIOC artıq qalan nefti bu zavoda göndərirdi, lakin indi sanksiyaların ləğv olunduğu dövrdə, İranın xam neftini cənubdan ixrac etmək əvəzinə, Xəzərin xam neftini Tehran zavodunda xammal kimi istifadə etmək daha mənalı olur.

Yeri gəlmişkən, ənənəvi mübadilə əməliyyatları ilə yanaşı, NIOC, neft məhsulları da daxil olmaqla, “svop” əməliyyatlarında maraqlıdır. Əslində, 2015-ci ilin iyun ayında İranın cənub limanlarından digər neft məhsullarının (yanacaqdoldurma mənbələri də daxil olmaqla) ekvivalentini ixrac etmək əvəzinə, Türkmənistandan Ənzəli limanına idxal olunan benzin yükləri ilə ilk benzin dəyişdirmə əməliyyatı aparılıb. Bu, 2000-ci ildən bəri neft məhsullarının ilk “svop” müqaviləsi idi.

Neft məhsullarının mübadiləsi qaz hasilatı həcminin artması ilə nəticələnib, bu da öz növbəsində, İranın sənaye qurğularında benzin və mazut istehlakını azaldıb. Əslində, İranın təkcə benzində yox, bütün digər neft məhsullarında çatışmazlığı var. Buna görə də, xam neft və ya neft məhsullarını əvəzləşdirməyə dair istənilən saziş məmnuniyyətlə qarşılanır. Bu razılaşmalar bütün tərəflər üçün zəfər ssenarisi kimi görünsə də, problemlər də var. Onlardan biri, – xüsusilə 2010-cu ildə daha yüksək ödəniş tələb etməklə, orijinal müqavilənin dağıldığını nəzərə alaraq, – İranın istədiyi tranzit haqqıdır. Üstəlik, Xəzər istehsalçılarından alınan xammalın keyfiyyəti İranın şimaldakı neftayırma zavodlarının ehtiyaclarına uyğun olmalıdır. Son bir neçə ildə İran zavodlarını modernləşdirilib və mövcud zavodlarda istehlak optimallaşdırılıb. Odur ki, bəzi keçmiş istehlak modelləri dəyişmiş ola bilər.
Buna baxmayaraq, ekspertlər gözləyir ki, NIOC gələcək mübadilə sövdələşmələrində üç növ müqaviləni nəzərdən keçirəcək:

– saf “svop”, yəni İran Neka terminalında xam neft alır və eyni miqdarda xam nefti cənub ixrac terminallarında nəzərdə tutulan tankerlərə yükləyir;

– dəyişdirmə, İranın marketinq fəaliyyətindən faydalanan Xəzər istehsalçısının iştirakı ilə potensial olaraq İran xam neftinin (xüsusilə də Asiya müştərilərinə) müştərilərinə satışı;

– Tehranın yalnız öz məhsullarını satın almağa hazır olduğu Xəzər istehsalçıları ilə təmiz satın alma müqaviləsi.

Bu ssenarinin əsas göstəricisi istehsalçıların Bakı-Tiflis-Ceyhan boru kəmərində hər barel üçün ödənişi olacaq. Eyni zamanda, NIOC rəsmiləri qeyd edirlər ki, Xəzəryanı ölkələrlə yeni “svop” müqavilələri özəl sektor şirkətlərinin iştirakı ilə imzalanacaq. Başqa sözlə, NİOC və ya onun törəmə müəssisələrindən biri İranın baş podratçısı ilə müqavilə imzalayacaq və əsas podratçıdan Xəzər istehsalçıları ilə aparılan danışıqlara başlamağı xahiş edəcək. Bu hərəkətin arxasında duran məntiq NIOC-un hüquqi qrupunu danışıqlar aparmaqdan xilas etməkdir, çünki o, beynəlxalq neft şirkətləri ilə böyük investisiya layihələrini müzakirə etmək üçün lazım olacaq. Bundan əlavə, NIOC özəl sektoru gücləndirdiyini iddia edə bilər. Hansı firmaların baş podratçı kimi təyin olunduğuna asılı olaraq, “svop” müqaviləsinin (xarici şirkət və xüsusi bir İran şirkəti arasında) daha məqsədəuyğun danışıqlar aparması mümkündür, lakin müqavilənin son tətbiqi NIOC-a özündən asılı olacaq. Baş podratçı yarıdövlət təşkilatı ilə birləşirsə və ya onun iştirakı ilə yaradılıbsa, xüsusilə, məsələn, İslam İnqilab Keşikçiləri Korpusu ilə, “qara siyahı”ya alınmış şirkətlərlə əlaqədar problem yarana bilər. Əgər bu baş verərsə, bəlkə də birbaşa razılaşmaya nail olmaq mümkün olmayacaq.

Qeyd edilən 3 modelə əsasən, yeni “svop” əməliyyatlarında əsas məsələ neft sektorunda bir çox başqa layihələrə dair qərarları təxirə salan bənzər qərar qəbuletmə prosesidir. Korrupsiyanın qarşısını almaq üçün nəzərdə tutulan yoxlamalar və saldo potensial xarici tərəfdaşları faktiki imkandan məhrum edə bilər. Buna baxmayaraq, indi, sanksiyaların ləğvindən sonra NIOC və Neft Nazirliyinin istehsal, istehlak və ixrac arasında balansı bərpa etdiyini nəzərə alaraq, İranın strategiyalarında “svop” müqavilələrinin artması tendensiyasını gözləmək olar, hərgah bu, Xəzəryanı ölkələrdən İrana benzin idxalı və özünün ixrac etdiyi neft məhsulları ilə bağlıdır. Ümumən müxtəlif svop əməliyyatlarında artım İranın Xəzəryanı qonşularını əməkdaşlığa daha fəal şəkildə cəlb etməsinə və enerji sektorunun ümumi səmərəliliyinin artırılmasına imkan verəcək. Belə sazişlər dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələrinə də öz neft və neft məhsullarını ixrac etmək üçün yeni imkan yaradacaq.

“Al-Monitor” (ABŞ)

 

12:18