İran Ermənistanla ticarət əlaqələrini genişləndirir

 

Erməni nazir: “İranla iqtisadi əlaqələri inkişaf etdirməyə çox böyük əhəmiyyət veririk”

İranla Ermənistan arasında ticarət əlaqələri inkişaf etdiriləcək”.
 

İran KİV-inə istinadən xəbər verir ki, bu fikir İslam Respublikasının Azad Ticarət Zonaları Şurasının katibi Əkbər Torkanın başçılıq etdiyi nümayəndə heyətinin Yerevanda Ermənistan iqtisadi inkişaf və investisiya naziri Suren Karayanla görüşdə vurğulanıb.

Ə.Torkan görüşdə iki ölkənin azad ticarət zonalarında ticarət sahəsində qarşılıqlı əlaqəsinin inkişaf etdirilməsinin vacibliyini bildirib: “İranlı və erməni yüksək vəzifəli məsul şəxslər də iqtisadi əlaqələrin yüksəldilməsi üçün Ermənistanın Mehri və İranın Araz Azad Ticarət zonaları arasında ortaq işbirliyinin artırılması qənaətindədirlər”.

S.Karayan görüşdə bildirib ki, ölkəsinin İranla iqtisadi əlaqələri inkişaf etdirməyə çox böyük əhəmiyyət verdiyini açıqlayaraq, ticarət, iqtisadiyyat, turizm və mədəniyyət sahələrində ortaq işçi qrupların yaradılmasını müsbət qarşılayırlar.

Hurriyyet.org

21:17