“İqtisadi böhran siyasi böhranla əvəzlənəcək”

Mirmahmud Mirəlioğlu: “Hökumət müvafiq addımlar atmalıdır, yoxsa...”

Azərbaycanda sosial-iqtisadi vəziyyətin ağırlaşması artıq bəzi rayonlarda açıq etiraz və aksiyalara səbəb olmaqdadır. Maraqlıdır, proseslərin məlum məcrada inkişafı ölkəmizə nə vəd edir? Iqtisadi böhran siyasi böhrana səbəb ola bilərmi?
Politika.az-a açıqlamasında məsələyə münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu bunun tamamilə mümkün olduğunu vurğuladı: “Azərbaycanda iqtisadi durumun kifayət qədər ağır olduğu hər kəsə bəllidir. Mövcud durumun ölkəmizin gələcəyinə yaxşı heç nə vəd etmədiyi də birmənalıdır. Lakin məsələ bundadır ki, hakimiyyət kənar sözü eitmək, müxalifəti dinləmək imkanına malik deyil. O, özü bu imkanları yox edib. Hakimiyyət kimsəni dinləmək istəmir. Hakimiyyətin Azərbaycan insanını dinləmək istəyi yoxdur. Lakin özünün də oratya qoya biləcəyi hər hansı tədbirlər planı yoxdur. Buna görə də iqtisadi böhran ölkəmiz üçün yaxşı nələrsə vəd etmir. Yəqin ki, bu böhran siyasi böhranla əvəzlənəcək. Əgər Azərbaycan hökuməti müvafiq addımalar atmasa, bu baş verəcək”.

Politika.Az

18:26