İqtidardan şok tələb: Qaçqın rayonların deputatları səfərbər edilir

Qaçqın rayonların deputatları səfərbər edilirHakimiyyət işğal edilmiş rayonlarımızdan millət vəkili seçilənlər qarşısında sərt tələblər qoyub. Deputatlardan məcburi köçkünlərlə təması artırmaq istənilib. Son günlər mediada məcburi köçkünlərlə bağlı müzakirələr gedir, müxtəlif fikirlər səslənir, təkliflər irəli sürülür. Qaçqınların heysiyyatına toxunan tezislər də mətbuat səhifələrində görünür ki, iqtidar kifayət qədər həssaslıq nümayiş etdirir. Məcburi köçkünlərə ayrılan vahid müavinətdən sonra deputatlara təlimat verilib ki, onlarla tez-tez görüşsünlər, problemlərini dinləsinlər, narazı qaçqın ordusu yetişməsinə zəmin yaratmasınlar.

Əldə etdiyimiz xəbərə görə, bəzi deputatların fikirləri qıcıq yaradıb. İqtidar həmin millət vəkillərinə zamanında cəza verib, xəbərdarlıq edib. İndi yeni situasiya yaranıb və onlardan köçkünlərə qarşı daha sıx münasibət göstərilməsi tələb edilib. Qaçqın rayonlarının deputatları səfərbər olunacaqlar. Onlar Ağdamda, Horadizdə, Taxtakörpüdə, köçkünlərin məskunlaşdıqları müxtəlif rayonlara görüşlərinin sayını artıracaq. Məlumatda deyilir ki, Elman Məmmədov, İmamverdi İsmayılov, Astan Şahverdiyev, Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Aqil Abbas, Flora Qasımova, Cavid Qurbanov, Bahar Muradova qaçqın rayonların millət vəkilləridir.  Onların arasında A.Şahverdiyev çıxışı ilə qalmaqal yaratmışdı. Bundan sonra deputatlara diqqətli olmaq və regionlara tez-tez səfərlər etmək tapşırılıb. Əgər hansısa qaçqından şikayət daxil olarsa, Prezident Administrasiyası tərəfindən həmin millət vəkilinə xəbərdarlıq olunacaq və limit dosyesinin üstünə bir “quş” qoyulacaq. Parlamentin bəzi üzvləri məcburi köçkünlərin heysiyyatına toxunmaq, onların hüquqlarını müdafiə etmək əvəzinə qıcıqlandırmaq, qaçqınları qızışdırmaq və dövlətin üstünə qaldırmaq kursunu seçib. Son zamanlar deputatların çıxışlarında yalnız bu neqativ xətti sezmək mümkündür.

Politika.Az

12:11