“Instagram”da yeni funksiya

“Facebook” şirkəti istifadəçilərin rahatlığını təmin etmək məqsədilə “Instagram” sosial şəbəkəsinə yeni funksiyanı daxil edib.

Xudaferin.eu IXBT portalına istinadla xəbər verir ki, yeni funksiya zamanı istifadəçilər sosial şəbəkədə olarkən profil şəkillərinin qarşısında yaşıl işıq yanır. 

Bu da istifadəçiyə kimlərlə söhbət edə bilmə imkanının olduğunu göstərəcək. Yaşıl işıq yalnız abunə olduğunuz və sizinlə dost olan şəxslər tərəfindən görünəcək. 

Sosial şəbəkədə gizli qalmağı xoşlayan insanlar üçün “Instagram”da yeni funksiyanı bağlı saxlamaq imkanı da var.

Xudaferin.eu

13:48