İndoneziyanın müdafiə naziri Azərbaycana səfər edəcək

İndoneziyanın müdafiə naziri Ryamizard Ryakudu Azərbaycana səfər edəcək.

Xudaferin.eu xəbər verir ki, Report-un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfər fevral ayında baş tutacaq.

Hazırda səfərin dəqiq tarixi və digər detallar üzərində iş aparılır.

Səfər zamanı Azərbaycan və İndoneziya arasında müdafiə sahəsindəki əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunacaq. 

Xudaferin.eu 

18:25