İndoneziyada sunami: 429 ölü

İndoneziyada dekabrın 22-də baş verən sunami nəticəsində ölənlərin sayı 429-a çatıb. 

Xudaferin.eu xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkənin fövqəladə hallar idarəsinin müşaviri Sutopo Purvo Nuqroho məlumat verib. 

Onun sözlərinə görə, hadisə zamanı 1400 nəfər xəsarət alaraq, xəstəxanalara yerləşdirilib.

Müşavir qeyd edib ki, azı 128 nəfər itkin düşmüş hesab edilir. Sumatra və Cava adalarında təxliyyə və xilasetmə işləri davam etdirilir.

Xudaferin.eu

16:06