"İndi bəsdir demək vaxtıdır"

 

Britaniyanın baş naziri Teraza Mey son 3 ayda 3 terror hücumunun radikal islamçı ekstremistlərin şərli ideologiyasının bağlılığı adlandırıb. May deyib ki, terrorizm terrorizm yetişdirir və bunu törədənlər biri-birinin əməllərini təkrarlayır.

Britaniyanın baş naziri ekstremizmə hədsiz dərəcədə tolerantlıq göstərildiyini və artıq buna son verilməsi üçün qətiyyət tələb edildiyini bildirib. "İndi bəsdir demək vaxtıdır" , deyə, Britaniya lideri bildirib.

Yüksək sürətlə hərəkət edən iri maşın London Körpüsündə piyadaların üzərinə sürülərək bir neçə adamı vurub. Yol terroruna yaxın ərazidə hücumçular həmçinin bir çox adamı bıçaqlayıblar. Son xəbərlərə əsasən 7 mülki vətəndaş, habelə 3 terrorçu öldürülüb.

Polis maşının piyadalar üzərinə sürülməsindən sonra azı üç hücumçunun insanları uzun bıçaqlarla vurduqlarını deyib. Polis hücumçuların güllələnərək öldürüldüklərini bildirib. Onların əyinlərində görünən partlayıcı gödəkçələrin saxta olduğu müəyyən edilib. London Təcili Yardım Xidməti Tvitterdə azı 30 adamın London boyu 6 xəstəxanaya çatdırıldığını xəbər verib.

Amerikaninsesi.org

09:12